Beynəlxalq Muğam Mərkəzində gənc rəssamın fərdi yaradıcılıq sərgisi açılıb

 

 

Beynəlxalq Muğam Mərkəzində gənc rəssam, dizayner, Bakı Mühəndislik Universitetinin dizayn kafedrasının müəllimi Aygün İlyasovanınOyanışadlı fərdi yaradıcılıq sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi rəssamın 30 illik yubiley hesabat tədbiridir.

Tədbirdə realistik abstrakt üslubda 30 əsər nümayiş olunub. Sərgini əks etdirən əsas rəmz Simurq quşudur. Simurq oyanmağın, yanıb yenidən doğulmağın, həyata daha mükəmməl formada davam etməyin simvoludur.

Gənc rəssam Aygün İlyasova çıxışında Simurqu nəfsindən arınmağın insanın həqiqi mənliyinə çatmağın vəhdəti olaraq adlandırıb. “Hər birimizin daxilində bir Simurq yatır bizim həyatda yaşadığımız çətin anlar o Simurqu oyatmağa xidmət edir. Oyanışı tez olan insan isə müdrik insandır”, - deyə rəssam əlavə edib.

 

Azərbaycan.-2024.- 23 oktyabr (№ 233).- S.15.