BakıdaZamanını aşan miras - İpək yoluadlı beynəlxalq sərgi açılıb

 

Ekspozisiyada İpək yolu istiqamətini əhatə edən 41 sənətkarın əsərləri nümayiş olunur

 

Oktyabrın 22-də Muzey Mərkəzinin sərgi qalereyasındaZamanını aşan miras - İpək yoluadlı beynəlxalq sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Türkiyənin İnsan Mədəniyyət Hərəkatı Sənət Birliyinin təşkilatçılığı, qardaş ölkənin Mədəniyyət Turizm Nazirliyi, Azərbaycandakı səfirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi Bakı Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunub.

Əvvəlcə iştirakçılar layihədən bəhs edən videoçarxa baxıblar. Videoçarxda qədim İpək yolunun keçdiyi coğrafi ərazilərdə inkişaf edən mədəniyyət sənət dünyasının bu gün yaşadıldığı bildirilib.

İnsan Mədəniyyət Hərəkatı Sənət Birliyinin sədri, tədbirin koordinatoru Məryəm Güney həyata keçirdikləriZamansız miras İpək yolulayihəsi barədə məlumat verib: "Bu layihə minilliklər boyu keçdiyi bütün bölgələrin sivilizasiya izlərini daşıyan, qeyri-adi tarixi-mədəni zənginliyi özündə ehtiva edən İpək yolunun tarixi missiyasını xatırlatmaq, Türk dünyası ilə olan əlaqələrimizin inkişafına töhfə vermək, gələcək birgə layihələr üçün zəmin yaratmaq, elm sənət dünyamıza yeni əsərlər gətirmək məqsədi daşıyır".

Bildirilib ki, layihə çərçivəsində Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Çin, Əfqanıstan, Pakistan, İran Suriyadan olan sənətkarların mövzuya uyğun hazırladıqları əsərlər bu gün Bakıda sərgilənəcək. Həmçinin eyni ölkələrdən qatılan sənət elm adamlarının iştirakı ilə təşkil olunan simpoziumda İpək yolunun tarixini, mühüm mərkəzlərini, dil ədəbiyyatını, elm incəsənətini, memarlığını ticarətini bir çox aspektlərdə əhatə edən məruzələr dinləniləcək. "Düşünürəm ki, belə layihələr bizi bir-birimizə daha da yaxınlaşdıracaq, aramızdakı sərhədləri aradan qaldıracaq, sivilizasiyaya baxışımızı qoruyub saxlayacaq, yeni ideya texnika mübadiləsi ilə irəli aparacaq", - deyə o əlavə edib.

Xəzər Universitetində Direktorlar Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı layihənin vacibliyindən qədim İpək yolunun keçdiyi ərazilərdə sənətin inkişafına gətirdiyi yeniliklərdən danışıb.

Türkiyənın ölkəmizdəki səfiri Cahit Bağçı layihənin Türk dünyasının sənət irsinin yenidən tanınması gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Səfir deyib: “Bu mədəniyyəti qorumaq yaşatmaq hamımızın borcudur. İpək yolu təkcə ticarətin deyil, həm mədəniyyətin, sənətin inkişafına böyük təsir göstərib. Bu mədəni mirasın indi yaşadılmasında belə sərgilərin böyük rolu var. Bu önəmli tədbirdə Türk dünyasının tarixi mədəni zənginliyini, mədəniyyətlərarası bağları müştərək mirasını özündə birləşdirən sənət nümunələri sərgilənəcək.

Səfir diqqətə çatdırıb ki, bugünkü ekspozisiyada İpək yolu istiqamətini əhatə edən 41 sənətkarın xəttatlıq, təzhib, miniatür, ebru, qələm işi (qrafik xətt), ağacoyma, sədəf düzmə, keramika, zinət əşyaları digər əsərləri nümayiş olunacaq.

Sonra iştirakçılar sərgidəki əsərlərlə tanış olublar.

Oktyabrın 26-dək davam edəcək sərgi çərçivəsində panel müzakirələr aparılacaq.

 

Azərbaycan.-2024.- 23 oktyabr (¹ 233).- S.16.