Dəyirmi masa:
“COP29-Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar,
vəzifələr”
Oktyabrın 22-də Sosial Tədqiqatlar Mərkəzinin (STM), AMEA-nın
Fəlsəfə və
Sosiologiya İnstitutunun
birgə təşkilatçılığı
ilə “COP29 - Yaşıl
strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr”
mövzusuna həsr olunan dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli
Məclisin İnsan hüquqları komitəsinin
sədri, Sosial Tədqiqatlar Mərkəzinin
İdarə Heyətinin
sədri Zahid Oruc “COP29: Qlobal iqlim böhranının həlli yönündə
Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri”
mövzusunda çıxış
edib.
O qeyd edib ki, iqlim dəyişikliyinin
aparıcı səbəbləri
sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından
çıxış yolunun
axtarılmasında da
ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,
birgə tədqiqatların
təşkili böyük
səmərə verə
bilər.
Milli Məclisin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın
COP29 sədrliyini cəsarətlə
qəbul etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham
Əliyevin apardığı
məqsədyönlü siyasət
bu gün ekoloji sahədə Azərbaycan dövlətinin
inkişaf strategiyasının
reallıqlarını ifadə
edir.
AMEA-nın Fəlsəfə
və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl
enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri”
mövzusunda çıxış
edərək, insan və təbiət münasibətlərinin elmi-praktiki
problemlərini tədqiq
edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub. Bildirib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində
ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin,
biosferin, ekosistemlərin,
flora və faunanın normal ahənginin pozulması baş verib.
COP29 Təşkilat Komitəsinin
üzvü, "Sağlamlığa
Xidmət" İctimai
Birliyinin icraçı
direktoru, deputat Pərvanə Vəliyeva
COP29, vətəndaş cəmiyyəti,
insan hüquqları və ətraf mühitlə bağlı
çıxışında bir sıra vacib
məqamlara toxunub. O vətəndaş cəmiyyətinin
və icma təşkilatlarının COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların
qəbul edilməsinin
təşviqində mühüm
rol oynamasının önəmini qeyd edib. "Vətəndaş
cəmiyyəti olaraq bütün maraqlı tərəflərin köməyi
ilə COP29 konfransının
ölkədə və
regionda sağlam ekosistemin yaradılmasına
böyük töhfə
verəcəyinə inanırıq",- deyə deputat bildirib.
Sosial Tədqiqatlar
Mərkəzinin İdarə
Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova iqlim geosiyasətinə, Azərbaycanın yaşıl
keçidlə bağlı
qlobal təşəbbüslərinə
qarşı kampaniyanın
pərdəarxası mövzusuna
toxunaraq, bəlli xarici mənbələrdən
qaynaqlanan dezinformasiya hücumları barədə
danışıb. O, prosesin
arxasında başlıca
qüvvə kimi revanşist erməni diasporunun və havadar ölkələrin durduğunu diqqətə çatdırıb.
Digər çıxış
edənlər də iqlim böhranının həllində elmi-tədqiqat
yollarının müəyyənləşdirilməsi,
yaşıl strategiya və iqlim dəyişikliyinin
idarə edilməsi üçün sosial elmlərin vəzifələri
və töhfələrindən
danışıblar. Yeni
sosial-iqtisadi yaşıl
paradiqmanın siyasi, hüquqi və praktiki əsasları, burada tədqiqat və əməkdaşlığın
önəmli rolu, tədqiqatların effektiv iqlim fəaliyyətinin alternativi olmayan təməli, iqlim dəyişikliyinin azaldılması
yönündə milli
strategiyaların və
proqramların hazırlanması
barədə müzakirələr
aparıblar.
Tədbir iştirakçıları iqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, elmi-tədqiqat ictimaiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunmasının, dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliklərini bildiriblər.
Azərbaycan.-2024.- 23 oktyabr (¹ 233).- S.13.