Tələbələr təbiətə olan münasibətlərini rəsm işləri ilə göstərirlər

 

 

"COP-29: Dayanıqlı Şəhərsalma Ekoloji Çağırışlar" forumu davam edir

 

 

 

Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) "COP-29: Dayanıqlı Şəhərsalma Ekoloji Çağırışlar" forumunun ikinci günündə dibçəklər üzərində rəsm işlərinin yer aldığı vörkşop təşkil olunub.

AzMİU TGT CreArt mədəniyyət klubları şəbəkəsinin nəzdində fəaliyyət göstərən Gənc Rəssamlar dərnəyinin üzvlərinin iştirakı ilə həyata keçirilən vörkşopda tələbələr təbiətə olan münasibətlərini rəsm işləri ilə ifadə ediblər. Müxtəlif bitkilərin əkildiyi dibçəklər tələbələrin estetik zövqü ekoloji mövzulara marağı ilə bəzədilərək göz oxşayır.

Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Ekologiya Təbii Sərvətlər nazirliyinin dəstəyi ilə COP-29 "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan forum çərçivəsində keçirilən vörkşop tələbələrdə böyük maraq yaradıb.

Tələbələr müxtəlif bitki növlərini təmsil edən dibçəkləri fərqli rənglər naxışlarla bəzəyərək, təbiətə olan məhəbbətlərini ekoloji şüurun vacibliyini sənət vasitəsilə əks etdiriblər. Hər bir dibçək üzərində yer alan motivlər həm yerli təbiəti, həm iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması su ehtiyatlarının mühafizəsi kimi qlobal ekoloji mövzuları vurğulayıb.

Layihənin əsas məqsədi tələbələrə ətraf mühitin qorunmasının vacibliyini daha dərindən dərk etdirmək, onlara ekologiya dayanıqlı inkişaf mövzusunda yaradıcı yollarla töhfə vermək fürsəti yaratmaq olub. Rəsm əsərləri ilə tələbələr yalnız vizual gözəllik yaratmaqla kifayətlənməyib, həm ekoloji məsuliyyət mesajlarını geniş ictimaiyyətə çatdırıblar. Layihədə iştirak edən müəllimlər bu yaradıcı fəaliyyətin gənc nəsildə ekoloji şüurun formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Bu cür təşəbbüslər COP29-un əsas məqsədləri ilə uyğunlaşaraq, ekoloji problemlərə gənclərin diqqətini cəlb etmək onları aktiv iştirakçıya çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin sonunda tələbələrin rənglədikləri dibçəklər nümayiş etdirildi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 23 oktyabr (№ 233).- S.13.