Azərbaycan
Macarıstan ilə strateji tərəfdaşlığın
daha da dərinləşməsinə
xüsusi önəm verir
Macarıstanın
Baş naziri Zati-aliləri cənab Viktor Orbana
Hörmətli cənab
Baş nazir,
Ölkənizin milli
bayramı münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı inam və etimada
əsaslanan və gündən-günə yeni
məzmunla zənginləşən
Azərbaycan-Macarıstan münasibətlərinin
hazırkı səviyyəsi
məmnunluq doğurur.
Biz böyük
potensiala malik dövlətlərarası əlaqələrimizin
bütün sahələrdə
genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə
xüsusi önəm veririk. Ali səviyyədə
qarşılıqlı anlaşma
və fəal siyasi dialoqun mövcudluğu bunun üçün əlverişli
zəmin və imkanlar formalaşdırmışdır.
Əminəm ki,
Azərbaycan-Macarıstan dostluq
münasibətlərinin və
strateji tərəfdaşlığının
möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin
maraqları və xalqlarımızın mənafeyi
naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə,
xüsusilə də Türk Dövlətləri
Təşkilatı çərçivəsində
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Tezliklə görüşmək
ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
məsul fəaliyyətinizdə
uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 oktyabr 2024-cü il
Azərbaycan.-
2024.- 24 oktyabr (№ 234).- S.1.