Azərbaycan erməni təəssübkeşlərinə gözdağı verir

 

 

Qərbdə mənzillənən antiazərbaycançı şəbəkə ölkəmizin yüksəlişinə kölgə salmaq üçün dəridən-qabıqdan çıxmaqdadır.  Xüsusən respublikamız mühüm uğurlara imza atanda, yaxud beynəlxalq tədbirlərə evsahibliyi edəndə onlar tərəfindən Azərbaycana qarşı heç bir əndazəyə sığmayan, insan mənəviyyatından siyasi etikadan uzaq münasibətin, daha dəqiq desək, riyakarlığın şahidi olmuşuq.

 

 

 

Məkrli Qərbin kürkünə birə düşüb

 

 

 

Bu mənada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı "fəallaşması" bizim üçün heç təəccüblü deyil. Yenə köhnə ssenariləri, illər əvvəl yazılmış mətnləri tirajlamaqla məşğuldurlar. Amma görünən həm odur ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi bu erməni təəssübkeşlərinin kürkünə birə salıb eyni mərkəzdən aldıqları təlimatlarla respublikamıza qara yaxmağa çalışırlar.

 

Ümumiyyətlə, elə bir həftə yoxdur ki, erməni təəssübünü çəkən dövlətlər təşkilatlar tərəfindən Azərbaycana qarşı hansısa ittiham səslənməsin yaxud ölkəmiz üçün adi kağız qədər əhəmiyyəti olmayan sənəd qəbul edilməsin. Sanki bunların işi-gücü yalnız Azərbaycanın uğurlarına kölgə salmaqdan, ölkəmizə böhtan şər atmaqdan ibarətdir.

Elə təkcə oktyabr ayında Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycana qarşı əsassız qərəzli fikirlər söyləməsi, Niderland parlamentinin nümayəndələr palatasının Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Avropa Parlamentində müzakirələr zamanı yerləri sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə qəbuledilməz tamamilə qərəzli bəyanat səsləndirməsi, Fransanın Avropa xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi bunu təsdiqləyir.

 

 

 

Mənəviyyatsızlığın göstəricisi

 

 

Bütün bunlar o təşkilatlar dövlətlərdir ki, Azərbaycan torpaqları işğal altında olan zaman bir dəfə ədalətli olmayıblar. Heç vaxt Azərbaycan torpaqlarının işğaldan azad edildiyini dilə gətirməyiblər, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi barədə düşünmək belə istəməyiblər. Hər zaman demokratiya insan hüquqlarından dəm vursalar da, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yüz minlərlə soydaşımızın yaşamaq mülkiyyət hüquqlarının pozulmasına laqeyd münasibət göstəriblər.

Bu baxımdan Vətən müharibəsində torpaqlarını işğaldan azad edən, ötən ilin sentyabrında Qarabağda erməni separatizminə son qoyan Azərbaycan həm sözügedən erməni təəssübkeşlərinə, Qərbdə mənzillənən antiazərbaycançı şəbəkəyə qalib gəldi, onların riyakarcasına müdafiəsində dayandıqları işğal siyasətini, ikili standartları darmadağın etdi. İndi bu bədnam qaragüruh Azərbaycanın zəfəri ilə barışa bilmir, ölkəmizi öz milli haqqını bərpa etməkdə günahlandırır.

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasına, Fransanın müstəmləkəçilik siyasətinə, bəzi Avropa ölkələrində insan haqları sahəsindəki problemlərə, islamofobiyaya heç vaxt münasibət bildirməyən, onlara göz yuman siyasi dairələrin Azərbaycana böhtan atması yalnız mənəviyyatsızlığın göstəricisidir. Onların deməsinin, qəbul etməsinin isə qalib Azərbaycan üçün zərrə qədər əhəmiyyəti yoxdur. Azərbaycan bundan sonra da öz yüksəlişi uğurları ilə onlara gözdağı verəcək.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.5.