Paşinyan Ermənistanı cəhənnəmə çevirir

 

 

Ağır sosial-iqtisadi siyasi vəziyyət əhalinin etirazlarını artırır

 

 

 

Ermənistanda Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən təxminən 6 il ötməsinə baxmayaraq, baş nazir qədər çabalasa da, nəinki ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir.

Xüsusilə, postmüharibə dövründə hökumət başçısının verdiyi vədlər söz olaraq qalır, cəmiyyətdə siyasi ab-havanı sabitləşdirmək, milli iqtisadiyyatı irəli aparmaq üçün hansısa təsirli tədbir görülmür. Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq isə davam edən siyasi kataklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Əhali altı ildir ki, baş nazirin yalanlarını eşitməkdən yorulub. Səriştəsiz Paşinyanın  "fəaliyyəti"nin nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı iflic olub, investisiya yatıran yoxdur, həyat hər gün daha bahalı olur, yoxsulların sayı artır, dövlət sektorunda maaşlar azaldılır.

"168.am" nəşri yazır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra yalnız  müasir məmurların həyatı gündəlik həyatı fərqli nizama keçib. Onlar nəinki varlanıblar, pul bahalı mənzillərin, bizneslərin sahibi olublar, daha "adi paltar"la işə getməklə kifayətlənmirlər. Düşünürlər ki, yeni, bahalı, yüksəksəviyyəli olmalıdırlar. Vergi ödəyicilərinin hesabına milyonlarla, milyardlarla pul xərcləyirlər ki, xidməti maşınlarda gəzsinlər. Onların hansı xeyirxah əməllərinə görə belə səxavətlə mükafatlandırıldıqları isə bəlli deyil. Ölkəni cəhənnəmə, insanların həyatını kabusa çeviriblər. Həllini gözləyən minlərlə təcili zəruri problemlərin olmasına baxmayaraq, özlərinə bahalı "padavatlar" alır, xərclərini artırırlar.

Qeyd edilib ki, hökumət 110 min dollara qədər onlarla bahalı avtomobil almaq üçün 1 milyard dramdan çox vəsait ayıra bilər. Belə görünür ki, xidməti avtomobillərin alınması bu ölkənin ən aktual problemidir. Başqa heç bir problemi yoxdur. Təhlükəsizlik, müdafiə, sosial digər vacib məsələlərdənsə xidməti maşınlara üstünlük verirlər. Onları camaatın fikri maraqlandırmır, xalq düşünəcək, düşünməyəcək, bunun önəmi yoxdur. Əsas odur ki, onların rahatlığı yerində olsun.

Bu yaxınlarda 644 min dollar ödəməklə müxtəlif rütbəli dövlət orqanlarının məmurlarına xidmət etmək üçün 21 xidməti avtomobil alınıb. İctimai nəqliyyatın problemlərini həll etmək, xidmət keyfiyyətini yüksəltmək, avtobus parkını yeniləmək əvəzinə, xidməti avtomobil parkını təzələyirlər ki, məmurlar ictimai nəqliyyatla gedib onun bütün çətinliklərini görməsinlər, xüsusən səhər saatlarında zəhmət çəkməsinlər.

Vaxtilə İrəvana elektrik avtobusları gətirəcəyini vəd edən şəhər merinin müavini Tiqran Avinyan özünə bələdiyyənin digər məmurlarına bahalı elektromobil alıb. Şəxsi xidməti maşını olmayanlar isə xüsusi xidməti avtobuslardan istifadə edirlər.

Beləliklə, Ermənistanda hökumətdən narazılıqlar hər keçən gün artır. Bildirilir ki, sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Vurğulanır ki, ölkədə qanunlara uyğun tədbirlər görülmür. Problemlərin həlli yalnız vətəndaşların ölkəni tərk etməsindədir. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir.

Bütün bunlar xalqın böyük narazılığına yol açır bir daha Ermənistanda gərgin vəziyyətin davam edəcəyini aydın şəkildə göstərir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.9.