Azərbaycan
Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının
Rəisi ilə görüşü olub
Azərbaycan Beynəlxalq mövqeyini möhkəmləndirir
Oktyabrın 23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının
Rəisi Rüstəm
Minnixanov ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısını salamlayan Rüstəm Minnixanov dedi:
-İlham Heydər
oğlu, fürsətdən
istifadə edərək
Rusiya-Azərbaycan münasibətləri
çərçivəsində respublikamıza göstərdiyiniz
diqqətə görə
Sizə təşəkkür
etmək istərdim. Biz bunu çox
yüksək qiymətləndiririk
və əlbəttə
ki, bizim Prezidentin belə bir dövlət səfərini həyata keçirdiyinə görə
fəxr edirik. Həmin səfəri çox yaxşı işıqlandırdılar. Bu
yaxınlarda Siz bizim rəhbəri təbrik etdiniz, çoxlu işgüzar məsələ var idi. BRICS-i bizə etibar ediblər. Vaxt tapıb gəlməyiniz və iştirak etməyiniz bizim üçün böyük şərəfdir.
İcazə versəniz,
həmkarlarımızla gördüyümüz
işlərlə bağlı
bəzi məsələləri
məruzə etmək
istərdim.
Prezident İlham
Əliyev dedi:
-Rüstəm Nurqaliyeviç,
sağ olun. Bir daha qardaş
torpaqda olmağıma
şadam. İlk növbədə, Sizi və Tatarıstan Respublikasının bütün
sakinlərini bu əlamətdar hadisə -
BRICS sammitinin, həmçinin
“BRICS+”un keçirilməsi münasibətilə
təbrik etmək istərdim. Bu, Rusiya Federasiyası rəhbərliyinin respublikaya,
şəxsən Sizə,
Tatarıstan vətəndaşlarına
xüsusi münasibətinin
təzahürüdür, həmçinin
Tatarıstanın Sizin
rəhbərliyinizlə nail
olduğu potensialın
göstəricisidir. Çünki
belə bir irimiqyaslı sammitin keçirilməsi, əlbəttə
ki, tədbirlərin, dövlət başçılarının
ikitərəfli görüşlərinin
təşkili üçün
resursların, infrastrukturun,
o cümlədən mehmanxana
şəbəkəsinin olmasını
tələb edir. Ona görə də əvvəlcədən
səmimi təbriklərimi
çatdırıram. Əminəm
ki, hər şey ən yüksək səviyyədə
keçəcək.
Əlbəttə, Tatarıstan
ilə Azərbaycan arasında münasibətlər
Rusiya Federasiyasının
və Azərbaycanın
dövlətlərarası münasibətlərinin mühüm
tərkib hissəsidir.
Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının
Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət
səfəri etdi. Bundan sonra da
biz görüşmüşük.
Beləliklə, ikitərəfli
münasibətlərin dinamikası,
o cümlədən Tatarıstan-Azərbaycan
ikitərəfli formatı
çox yaxşıdır.
Bu gün onları müzakirə edəcəyik. Bizim yoldaşlarımız da görüşümüzə hazırlıqlı gəliblər.
Zənnimcə, yaxın
vaxtlarda yaxşı nəticələrin şahidi
olacağıq. Fürsətdən
istifadə edərək,
bir daha təbriklərimi çatdırmaq
və Sizin üçün münasib
bir vaxtda Sizi Azərbaycana səfərə dəvət
etmək istəyirəm.
Rəis Rüstəm
Minnixanov: Sağ olun. Biz həm işgüzar, həm də turistik baxımdan imkan taparaq dünya səviyyəli kompleksləri
qiymətləndirdik və
onlara heyran olduq. Mən hələ Bakını demirəm. Bakı bizim üçün işləri necə təşkil etmək, təcrübə toplamaq baxımından özlüyündə
bir örnəkdir. Bizim artıq ziyarət etdiyimiz turistik dağ-xizək mərkəzi isə, əlbəttə, hamımızı
valeh etdi. Bunun üçün Sizə çox sağ olun deyirik.
Prezident İlham Əliyev:
Gələ bilərsiniz.
Elə mövsüm də yenicə başlayır, gəlin. Yeri gəlmişkən, artıq ilk qar yağıb.
Rəis Rüstəm
Minnixanov: Biz Sizin pərəstişkarınızıq.
Prezident İlham Əliyev:
Sağ olun. Belə bir sürpriz
haqqında təyyarədə
öyrəndim. Sağ
olun.
Azərbaycan Prezidentinin
Tatarıstanın ali dövlət mükafatı
ilə təltif olunması haqqında Fərman oxundu: “Tatarıstan Respublikası
Rəisinin Fərmanı
ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası
arasında əməkdaşlığın
inkişafına, xalqlar
arasında dostluq və qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsinə
töhfəsinə görə
Prezident İlham Əliyev
“Dostluq” ordeni ilə təltif olunur”.
Rəis Rüstəm
Minnixanov: Bu, “Sollers” şirkətidir.
Prezident İlham Əliyev:
Bilirik.
Rəis Rüstəm
Minnixanov: Həmin avtomobillərdən ən
yaxşı yerlərdə
istifadə etmək üçün xahiş etmişdik.
Prezident İlham Əliyev:
Çox sağ olun, Rüstəm Nurqaliyeviç. Belə yüksək mükafata görə təşəkkür
edirəm. Bu, mənim
üçün həqiqətən
də böyük sürprizdir. Bu barədə
təyyarə Kazana enəndə öyrəndim.
Tatarıstan Respublikasının
yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün
Azərbaycan xalqı adından, şəxsən
öz adımdan bir daha Sizə
təşəkkür edirəm.
Elə təyyarədə
Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz
həm Cəbrayılda,
həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə
görə də sağ olun. Biz onu elə Sizin
olduğunuz həmin bölgələrə - Zəngilana,
Cəbrayıla göndərəcəyik,
orada onlara çox ehtiyac var. Bu mükafata görə Sizə bir daha
təşəkkürümü bildirirəm.
Azərbaycan.-2024.- 24 oktyabr
(¹ 234).- S.2.