Azərbaycan Prezidenti İlham Əliyev
Kazanda Laosun Prezidenti ilə görüşüb
Azərbaycan Beynəlxalq mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin oktyabrın 23-də
Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti
Thonqlun Sisulit ilə görüşü
olub.
AZƏRTAC xəbər verir ki, Laos
Prezidenti ölkəsi
ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu
vurğulayaraq iqtisadiyyat,
ticarət, investisiya, turizm, kənd təsərrüfatı və
digər sahələrdə
əməkdaşlığımızın
inkişafı üçün
əlverişli perspektivlərin
mövcudluğunu qeyd
etdi.
Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq,
ötən dövr ərzində Azərbaycanın
böyük inkişaf
yolu keçdiyini vurğuladı. O, sovetlər
dövründə çox
sayda laoslu mütəxəssisin Azərbaycanda
təhsil almasına görə təşəkkürünü
bildirərək, bu gün də həmin şəxslərin
Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə
fəaliyyət göstərərək
ölkənin inkişafına
töhfə verdiklərini
dedi.
Thonqlun Sisulit dövlətimizin başçısını
Laosa səfərə
dəvət etdi.
Xoş sözlərə
görə minnətdarlığını
ifadə edən Azərbaycan Prezidenti dəvətə görə
təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
iqtisadiyyat, ticarət,
enerji sahələrində
əlaqələrin inkişaf
etdirilməsi üçün
müvafiq işçi
qrupunun yaradılması
və mütəxəssislərdən
ibarət hökumət
nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin
təşkil olunmasını
qeyd etdi.
Prezident İlham
Əliyev Azərbaycanın
təhsil sahəsində
Laosa bundan sonra da dəstək
göstərməsi imkanlarına
toxundu.
Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi.
Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.3.