Azərbaycan
Prezidenti İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü
olub
Azərbaycan Beynəlxalq mövqeyini möhkəmləndirir
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Dilma
Russeff Azərbaycanda
COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla
vurğuladı. O, iqlim
maliyyələşməsi mövzularının beynəlxalq
maliyyə institutlarının
diqqət mərkəzində
olduğunu dedi və bu nöqteyi-nəzərdən
Bakıda keçiriləcək
COP29-un önəminə toxundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.
Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.3.