Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin (Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası
Mərkəzi və Ədliyyə Akademiyası
istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin
vəzifə maaşlarının
məbləğləri”ndə
dəyişiklik edilməsi
haqqında
¹ 463
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Ədliyyə
orqanlarının inkişafı
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
4 iyun tarixli 84 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə -“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur, məxfi).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
23 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
24 oktyabr (¹ 234).- S.4.