Azərbaycanın
müdafiə naziri Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana
rəsmi səfəri
davam edir.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
səfər çərçivəsində
general-polkovnik Z.Həsənov
Qırğız Respublikasının
müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş olunub.
Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.4.