Azərbaycanla
Braziliya arasında
COP29-a hazırlıq işlərindən
irəli gələn məsələlər müzakirə
olunub
Oktyabrın 23-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
Rusiya Federasiyasının
Kazan şəhərində
keçirilən BRICS Sammiti
çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira ilə
görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan
ilə Braziliya arasında ikitərəfli,
çoxtərəfli əməkdaşlıq
istiqamətləri, habelə
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) hazırlıq
işlərindən irəli
gələn məsələlər
müzakirə olunub.
İki ölkə
arasında mövcud siyasi dialoqun daha da inkişafı
istiqamətində qarşılıqlı
səfər və təmasların artırılmasının
əhəmiyyəti qeyd
edilib.
Ölkələrimiz arasında keçirilən
siyasi məsləhətləşmələrin
əməkdaşlıq imkanlarının
müzakirəsi baxımından
faydalı olduğu diqqətə çatdırılıb.
Azərbaycan ilə
Braziliya arasında mövcud ticarət dövriyyəsinin əməkdaşlığın
daha da dərinləşdirilməsi
üzrə prioritetlərə
uyğun olmadığı,
bu xüsusda iqtisadi-ticari əlaqələrin
inkişafı istiqamətində
mövcud imkanlardan istifadə olunmasının
vacibliyi qeyd edilib.
COP29 çərçivəsində
aparılan danışıqlar
prosesi, irəli sürülən sədrlik
təşəbbüsləri və prioritetləri, habelə hazırlıq işlərinin vəziyyəti
barədə ətraflı
məlumat verən nazir Ceyhun Bayramov
COP sədrliklərinin Üçlüyü
(“Troyka”) formatında əməkdaşlığın prosesin davamlılığının
təmin olunması istiqamətində əhəmiyyətini
vurğulayıb. COP29 sədrliyimizin
əsas prioritetlərindən
biri olan iqlim dəyişikliyi ilə mübarizəyə
maliyyə vəsaitlərinin
cəlbi istiqamətində
əhəmiyyətli tərəqqinin
əldə olunmasına
dair ümidvarlıq ifadə edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.4.