BMT-nin
məlum dörd qətnaməsindən ikisində
Qərbi azərbaycanlıların
qayıdışı ilə
bağlı əsaslar
var
Beynəlxalq hüququn
norma və prinsiplərində də əks olunduğu kimi, deportasiya insanlıq əleyhinə cinayətdir. Qərbi azərbaycanlılara qarşı
ötən əsrdə
bir neçə dəfə mərhələlərlə
insanlıq əleyhinə
cinayətlər törədilib.
Sonuncu deportasiya məhz 1987-ci ilin sonlarına doğru başlamışdı. Həmin
ilin sentyabr-oktyabr aylarından etibarən soydaşlarımıza qarşı
sıxışdırılmalar, hücumlar, qarşıdurmalar
başladı, Qafan əhalisinin evlərinə
hücumlar edildi.
Bu sözləri
AZƏRTAC-ın sorğusuna
cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü
- İcmanın İctimaiyyətlə
Əlaqələr və
Qərbi Azərbaycan Televiziyası şöbəsinin
müdiri Ülviyyə
Zülfiqar söyləyib.
O bildirib ki,
1987-ci il noyabrın əvvəlində Qafandan
azərbaycanlıların ilk
deportasiyası baş
verdi və onlar şəraitsiz, insan daşımaq üçün nəzərdə
tutulmayan qatarlara mindirilərək öz ata–baba yurdlarından
çıxarıldılar. Ardınca 1991-ci ilədək
Qərbi azərbaycanlıların
sistemli şəkildə
deportasiyası həyata
keçirildi. Soydaşlarımız
rayon-rayon, şəhər-şəhər,
kənd-kənd ən
acınacaqlı şəraitdə,
soyuq havalarda cəmi bir neçə
saat ərzində öz evlərini piyada tərk etməyə vadar olundular. Deportasiya nəticəsində Qərbi
azərbaycanlıların maddi,
eləcə də qeyri–maddi mədəni
irsinə ağır zərbələr dəyib,
onlar mal–mülklərini itirdilər.
Bu gün də soydaşlarımızın
çıxdıqları evlərin,
kəndlərin çoxu
dağıdılıb və
tərk edilmiş vəziyyətdə qalmaqdadır.
Torpaqlarımız işğaldan
azad edilərkən gördüyümüz xarabalıqların,
evlərin, yaşayış
məntəqələrinin görüntüləri eynilə
həmin kəndlərdədir”,
- deyə Ü.Zülfiqar
vurğulayıb.
O əlavə edib ki, soydaşlarımızın yaşadıqları məntəqələrin adları dəyişdirilib, toponimlərimiz başqa adlarla əvəz olunub. Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur.
Azərbaycan.-2024.-
24 oktyabr (№ 234).- S.5.