Britaniya lordları ADA UniversitetindəAzərbaycanın COP29-da strateji əhəmiyyətiadlı konfransda çıxış ediblər

 

Böyük Britaniyanın Lordlar Palatasının iki üzvü - uzun müddət Mühafizəkarlar Partiyasının icraçı direktoru vəzifəsini icra etmiş lord Darren Mott 7 il İşçi Partiyasının Baş katibi vəzifəsində işləmiş lord Lain McNicol ADA Universitetində təşkil edilmişAzərbaycanın COP29-da strateji əhəmiyyətiadlı konfransda çıxış etmək üçünQarabağFutbol Klubunun prezidenti, adamı Tahir Gözəlin dəvəti ilə Bakıya səfər ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edənlər arasında Tahir Gözəl, lord IAİN McNicol, lord Darren Mott ODI (Dənizlər Ötəsi İnkişaf İnstitutu) Qlobal Risklər Davamlılıq komandasının direktoru Rebecca Nadin yer alıblar. Konfrans müddətində Azərbaycanın COP29-da strateji əhəmiyyəti, beynəlxalq əməkdaşlığın inkişafındakı rolu müzakirə edilib, tələbələrin sualları cavablandırılıb.

Lord McNicol lord Mott COP29-a ev sahibliyi edən ölkəmizi ziyarətdən məmnun olduqlarını söyləyib, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə töhfələrinə görə minnətdarlıqlarını bildirdilər.

Lord Lain McNicol lord Mott haqqında

Lord Lain McNicol Lordlar Palatasının, həmkarlar ittifaqının üzvü 2011-ci ildən 2018-ci ilə qədər İşçi Partiyasının Baş katibi vəzifəsində çalışmış siyasətçidir. Bundan əvvəl o, GMB İttifaqının milli siyasi məmuru vəzifəsində çalışıb. Lain İnvestisiya Qənaət Alyansının (TISA) baş məsləhətçisi, “Rewired.Earth”da Məsləhət Şurasının sədri, Böyük Britaniyanın Hidrogen Siyasəti Komissiyasında komissarı Astra Protokolunda strateji məsləhətçidir.

Lord Darren Mott Mühafizəkarlar Partiyasının onilliklər ərzində ən uğurlu seçki kampaniyası zamanı kampaniya direktoru olub 2019-cu ilin tarixi nəticəsini təqdim edib. Bu uğurdan sonra o, partiyanın icraçı direktoru vəzifəsinə yüksəlib. O, səkkiz ümumi seçki kampaniyası üzərində işləyərək, altı Baş nazirə xidmət edib. Karyerasına partiyada təcrübəçi kimi başlayan lord Mott uzun müddət icraçı direktor vəzifəsində fəaliyyət göstərib.

 

Azərbaycan.-2024.- 24 oktyabr (¹ 234).- S.7.