Rusiyalı professor: COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzundan xəbər verir

 

 

“COP29-a ev sahibliyinin Azərbaycana etibar edilməsi təsadüfi deyil. Bu, Azərbaycanın müasir dünyada elmi siyasi nüfuzundan xəbər verir”.

Bu barədə AZƏRTAC -ın müxbiri ilə söhbətində agentliyimizəEkoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçidadlı yeni kitabını hədiyyə edən Rusiya Prezident Akademiyasının Jurnalistika fakültəsinin professoru Nizami Məmmədov deyib. Görkəmli alimlər - akademik Yusif Məmmədəliyev professor Turhan Veziroğlunun xatirəsinə həsr olunmuş nəşr Bakıda Azərbaycan, rus ingilis dillərində buraxılıb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub. Kitabın müəllifləri professor Nizami Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyevadır.

Kitabın yeniliyi onun inteqrativliyində - fəlsəfi, təbiətşünaslıq, texnoloji siyasi məsələlərin üzvi birləşməsindədir. Müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təmiz inkişafa keçid yolunda olmasından çıxış edirlər. Enerjinin müasir cəmiyyətin əsasını təşkil etdiyini nəzərə alsaq, enerjidə yaşıl inqilab, şübhəsiz ki, müxtəlif sahələrdə innovasiyaların xarakterini müəyyən edəcəkdir.

Müəlliflərdən birinin dediyi kimi, kitabda müasir elmin məlumatlarına əsaslanaraq iqlim dəyişmələrində enerji istehsalının generasiyasının rolu, bu mürəkkəb dinamik prosesdə təbii texnogen amillərin əlaqəsi müəyyən edilir. İqlim dəyişmələrinin qlobal geofiziki, ekoloji sosial-iqtisadi nəticələrinə diqqət yönəldilir. İqlim dəyişmələrinin idarə edilməsinin hazırkı səviyyəsi bu sahədə beynəlxalq sazişlərin rolu qiymətləndirilir.

Meşələrin qorunması, yaşıllıqların sahəsinin artırılması, Dünya okeanının çirklənməsinin qarşısının alınması kimi iqlim tənzimləmə mexanizmlərinin saxlanmasına zərurət əsaslandırılır. Bəşəriyyətin yaşıl enerjiyə keçidinin iqlim səbəblərinə xüsusi diqqət yetirilir. Bu da belə hesab etməyə imkan verir ki, yaşıl enerjiyə keçid təbii tarixi prosesdir buna davamlı inkişaf ekoloji sivilizasiyanın formalaşması nəzəriyyəsi kontekstində baxılmalıdır”, - deyə professor qeyd edib.

Kitabda ölkənin bərpaolunan enerji mənbələri üzrə misli görünməmiş yüksək potensiala malik olması səbəbindən külək günəş enerjisinin inkişafı üzrə Azərbaycan modelinin xüsusiyyətləri ətraflı şəkildə açıqlanır.

Azərbaycan günəşli eyni zamanda, küləkli ölkədir. Bu, günəş külək enerjisi çeviricilərini birləşdirən, əlavə enerji toplamaq üçün hidrogen hasil edən, bir-birini tamamlayan prinsip əsasında enerji kompleksinin yaradılması üçün unikal haldır”, - deyə N.Məmmədov əlavə edib.

Nəşrdə Azərbaycan neft elmini dünyada təmsil edən akademik Yusif Məmmədəliyevin yaşıl enerjinin inkişafına verdiyi töhfə xüsusi qeyd edilib. Hələ 1930-cu illərdə alim tullantısız, ekoloji cəhətdən təmiz kimya istehsalının yaradılmasının zəruriliyini qeyd edib, ətraf mühitin çirklənməsinin, xüsusilə səmt neft qazının atmosferə atılmasının onun yanmasının qarşısının alınmasının tərəfdarı olub. Kitabda Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının (IAHE) qurucusu, türkiyəli alim, professor Turhan Nejat Veziroğlunun hidrogen tədqiqatlarına xüsusi töhfəsi qeyd olunur.

Kitabda vurğulanır ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinə əsaslanan enerjinin inkişafı təbii qaza neftə qənaət etməyə, istixana qazlarının emissiyalarını azaltmağa imkan verəcək. Müəlliflər dövlətin enerji siyasətini dəyişdirən Azərbaycan rəhbərliyinin müdrikliyini yüksək qiymətləndiriblər.

Bunu etmək asan deyildi, çünki ölkə tarixən neft qaz ehtiyatlarının işlənməsinə yönəldilmişdi. İndi neft qaz hasilatı iqtisadi cəhətdən mümkün hədlər daxilində qalacaq”, - deyə Rusiya Prezident Akademiyasının Jurnalistika fakültəsinin professoru vurğulayıb.

 

Azərbaycan.-2024.- 24 oktyabr (¹ 234).- S.7.