İtaliya
Senatında COP29-un əhəmiyyətindən
danışılıb
İtaliya Senatında
Bakının noyabrda ev sahibliyi edəcəyi
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu (COP29) sessiyasına hazırlıq
prosesindən və konfransın əhəmiyyətindən
söhbət açılıb.
AZƏRTAC xəbər verir ki, “COP29 – İqlim problemlərinə
qarşı birgə fəaliyyət” adlı konfrans İtaliya Senatında İtaliya-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun sədri, senator Marko Skurrianın
təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin
təşkilatçılığı ilə keçirilib. Konfransda senator Marko Skurria, Azərbaycanın İtaliyadakı
səfiri Rəşad
Aslanov, İtaliya Senatında Avropa İttifaqı siyasəti komissiyasının sədri,
senator Ciuliomaria Terzi Di Sant’Aqata,
İtaliyanın Ətraf
Mühit və Enerji Təhlükəsizliyi
Nazirliyinin Avropa və beynəlxalq əlaqələr və davamlı maliyyə üzrə baş direktoru Alessandro Qerri, COP29-un adaptasiya və itki və
zərər üzrə
aparıcı danışıqçısı
Elvin Əşrəfzadə,
İtaliya hökumətinin
iqlim dəyişikliyi
üzrə xüsusi nümayəndəsi professor
Françesko Korvaro iştirak ediblər.
Jurnalist Marita Lanqellanın moderatorluğu
ilə keçirilən
konfransda çıxış
edənlər COP29-un əhəmiyyətindən
danışıb, Qafqazda
ilk dəfə Azərbaycanın belə bir mötəbər konfransa ev sahibliyi
etməsinin böyük
məsuliyyət və
şərəf olduğu
vurğulayıblar.
Senator Marko Skurria ölkəmizin
COP29-a ev sahibliyi etməsinin İtaliya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə
töhfə verəcəyini
və Azərbaycanı
daha yaxından tanımaq üçün
əlavə imkan yaradacağını bildirib.
Səfir Rəşad
Aslanov Azərbaycanın
iqlim dəyişikliyi
mübarizə istiqamətində
gördüyü işlərdən
danışıb, ölkəmizin
bərpa olunan enerji mənbələri -
külək və günəş enerjisi potensialından bəhs edib.
Senator Ciuliomaria
Terzi Di Sant’Aqata İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın
bəzi siyasi və iqtisadi aspektlərini vurğulayıb,
bunun COP29-un formatındakı
əhəmiyyətini qeyd
edib.
Elvin Əşrəfzadə
iqlim hadisələri ilə mübarizədə
inklüziv yanaşmanın
vacibliyini bildirib. O,
COP29-un qlobal istiləşməni
məhdudlaşdırmağa yönəlmiş 1,5 dərəcə
hədəfinə və
Paris İqlim Sazişinin
hədəflərinə nail
olmaqdakı əhəmiyyətini
vurğulayıb.
Alessandro Qerri isə iqlim məsələlərində İtaliyanın
mövqeyi barədə
məlumat verib, Azərbaycanın COP29-a yanaşmasını
yüksək qiymətləndirib,
bunun İtaliya-Azərbaycan
münasibətlərindəki əhəmiyyətini qeyd edib.
Professor Françesko Korvaro iqlim dəyişikliyi ilə bağlı müddəalardan, COP29-un imkanlarından və çağırışlardan söhbət açıb. O, danışıqları dəstəkləyən azsaylı ölkələrdən biri kimi ilk dəfə İtaliyanı seçdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və bu seçimin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib
Azərbaycan.-2024.- 24 oktyabr (¹ 234).- S.7.