COP29-a könül verənlər

 

 

Adilə ƏLİYEVA: "Bu qlobal beynəlxalq konfransda 3 min könüllü fəaliyyət göstərəcək"

 

 

 

Qarşıdan Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası gəlir. İllərdir Azərbaycanda formalaşan "Könüllülük məktəbi"nin iştirakçıları bu beynəlxalq tədbir zamanı da qonaqlara müxtəlif sahələrdə yardımçı olacaqlar.

 

Bu məqsədlə bir neçə ay əvvəl məxsusi olaraq COP29 Könüllülük Proqramı elan olunaraq müraciət edənlər arasında seçim aparılıb. COP29 könüllüləri, onların fəaliyyət istiqamətləri barədə suallarımızı COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin Könüllülərlə sektorunun rəhbəri Adilə Əliyevaya ünvanladıq.

 

- Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün neçə könüllü qeydiyyatdan keçib onlardan neçəsinin müraciəti müsbət qiymətləndirilib?

 

- COP29 Könüllülük Proqramının qeydiyyat prosesinə 29 may tarixində start verilmişdi. Qürur hissi ilə qeyd etmək istərdim ki, 24 saat ərzində Azərbaycanda rekord qeydiyyat göstəricisinə nail olduq. Belə ki, bir gündə 9000 nəfər könüllülük üçün qeydiyyatdan keçdi. Ümumiyyətlə isə 16 mindən çox şəxs COP29 könüllüsü olmaq üçün qeydiyyatdan keçmişdi. Sözsüz ki, müraciətlərin sayının çox olması konfransa olan maraq bizi çox sevindirir, lakin tədbirə ümumilikdə 3 min könüllünün cəlb ediləcəyi nəzərə alınaraq biz seçim prosesinə diqqətlə yanaşdıq. 

 

Seçim bir neçə mərhələdən ibarət oldu. İlk mərhələdə qeydiyyat müraciətləri yoxlanıldı nəticədə 10 min nəfər müsahibə mərhələsinə dəvət olundu. Müsahibə mərhələsindən uğurla keçən könüllülərin 68 faizi qadın, 32 faizi kişi olmaqla, təxminən 7 min nəfər ümumi təlimlər mərhələsinə keçmək imkanı əldə etdi. Təlimlər prosesi seçim mərhələsinin əsas elementlərindən hesab olunur. Bu mərhələ prosesin uğurla aparılması üçün çox vacibdir. Nəhayət, ümumi rol təlimlərimizin yekununda ümumilikdə 3000 nəfər COP29 könüllüsü olaraq seçildi.

 

-  COP29 könüllüsü olmaq üçün qeydiyyatdan keçənlər əsasən hansı yaş aralığında idilər?

 

- Tədbirə marağın böyük olması müraciətçilərin sayına təsirsiz ötüşməyib. Xüsusilə vurğulamaq istərdim ki, əvvəlki tədbirlərlə müqayisədə yuxarı yaşlı insanların da könüllülüyə marağının artması bizi sevindirir.  Belə ki, könüllülər arasında ən gəncinin 16, ən yaşlısının isə 72 yaşında olması bu prosesin müxtəlif yaş kateqoriyasında olan şəxslər üçün  cəlbedici olduğunu  göstərir. COP29 könüllülər proqramının müraciətçiləri arasında üstünlüyü 18-25 yaş aralığında olanlar təşkil  edir. Bu yaş qrupu ümumi müraciət edənlərin 84 faizini təşkil edir. Müraciətçilərin 11 faizi 16-18 yaş arası, 5 faizi 25 yaşdan yuxarı şəxslərdir.

 

- Könüllülər seçilərkən daha çox hansı meyarlara diqqət edilib?

 

- Ən məsuliyyətli vacib mərhələ olan seçim prosesində müraciətçilərin çox olması seçim meyarlarına qarşı bizi daha həssas olmağa təşviq edib. Seçim prosesində müraciətçilərin əvvəlki könüllülük fəaliyyəti, özünü ifadəetmə bacarığı, komanda işi, tolerantlıq, dil bilikləri, problem həll etmə qabiliyyəti, stresin idarə olunması liderlik xüsusiyyətləri kimi meyarlar əsas götürülməklə yanaşı, yalnız bizim komandamız tərəfindən tətbiq olunan könüllülərin psixotiplərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilib.

 

Sözsüz ki, tətbiq etdiyimiz alətlər COP29 tədbirinə ən yaxşı könüllülərin seçimi prosesini asanlaşdırmaqla bərabər, onların uyğun olduqları fəaliyyət sahələrini öncədən müəyyən etmək üçün vacib idi.

 

- COP29 könüllüləri hansı istiqamətlərdə hansı müddətdə fəaliyyət göstərəcəklər?

 

- Könüllülər tədbirin əsas işçi qüvvəsidir. Onlar qonaqların hava limanında avtobuslara mindirilməsi hotellərə yerləşdirilməsindən, qonaqlara məkan daxilində dəstəyin göstərilməsi prosesinə qədər, demək olar ki, əməliyyatların bütün istiqamətlərində iştirak edəcəklər. Bundan əlavə, könüllülər təkcə qonaqlarımıza deyil, əməkdaşlarımıza dəstəyin göstərilməsi, media əməliyyatları dəstək komandasının üzvləri olaraq BMT əməkdaşları ilə çiyin-çiyinə çalışaraq tədbirin ən yaxşı formada təşkilində yaxından iştirak edəcəklər.

 

COP29 konfransına qədər olan müddətdə keçirilən müxtəlif tədbirlərin təşkilində könüllülərimiz fəal iştirak edərək, təşkilatçılıq prosesində komandamıza yaxından dəstək olublar. Oktyabrın 19-dan etibarən işə başlayan akkreditasiya uniforma könüllüləri COP29 işçi heyətinin akkreditasiya uniforma paylanması prosesində iştirak edirlər. Yaxın günlərdə digər könüllü komandalarımız da konfransla bağlı müxtəlif istiqamətlər üzrə işə cəlb olunacaqlar.

 

- COP29 Könüllülük Proqramına xarici ölkələrdən müraciətlər olubmu? Olubsa, əsasən, hansı ölkələrdir? Ümumilikdə, neçə əcnəbi Bakıda könüllü kimi fəaliyyət göstərəcək?

 

- COP29 konfransı ölkəmizlə yanaşı, dünya gənclərinə maraqlıdır. Könüllülük Proqramına start verdiyimiz andan etibarən xaricdən könüllü olmaq istəyən gənclərdən böyük sayda müraciətlər almağa başladıq. Xarici könüllülər üçün müraciət imkanı yaratmışdıq onlarla ayrılıqda müsahibə təlimlər  təşkil etdik. Ümumilikdə 80-dən çox əcnəbi vətəndaş COP29-un könüllüsü olaraq təşkilati işlərə qoşulacaq. Xarici könüllülərimiz, əsasən, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Kolumbiya, Belarus, Cənubi Koreya, Çin, Gürcüstan, Hindistan, Türkmənistan, Pakistan, Nigeriya, Qırğızıstan digər ölkələrin vətəndaşlarıdırlar.

 

- Könüllüləri hər zaman düşündürən bir sual var: Bu fəaliyyət onlara gələcəkdə qazandıracaq? Könüllülüyün gələcək fəaliyyəti üçün hansı müsbət tərəfləri var?

 

- Könüllülük gələcək həyatı üçün əvəzolunmaz təcrübədir. Bu fəaliyyət könüllülərə peşəkar bacarıqlarını inkişaf etdirmək, komanda işi liderlik qabiliyyətlərini artırmaq, yeni insanlarla tanış olub şəbəkələşmək imkanı yaradır. Eyni zamanda, beynəlxalq tədbirlərdə iştirak etməklə fərqli mədəniyyətlər perspektivlərlə tanış olmaq onların şəxsi peşəkar inkişafına müsbət təsir göstərir.

 

Bu gün könüllülərin seçim prosesini həyata keçirən işçi qüvvəsi komandasında əməkdaşlarımızın böyük əksəriyyəti daha əvvəl keçirilmiş tədbirlərdə könüllü olmuş gənclərdir. Könüllülük gənclərimiz üçün möhtəşəm inkişaf platformasıdır bu proqrama qoşulmaqla gənclərimiz istər nəzəri, istərsə praktik olaraq vacib biliklər əldə edir, peşəkarlardan ibarət komandaların tərkibində işləmək imkanı qazanırlar. Sözsüz ki, əldə edilmiş biliklər gənclərimizin gələcək inkişafında vacib rol oynayacaq.

 

- COP29 Azərbaycanda formalaşmış könüllülük fəaliyyətinə hansı yeniliklər gətirib ya gətirəcək?

 

- Komandamız gənclərin inkişafı onların yetişdirilməsi prosesinə xüsusi diqqət  yetirir. İndiyə qədər keçirilmiş COP konfransları tarixində ilk dəfə olaraq Azərbaycanda COP29 Akademiyası təşkil edilib. COP29 Akademiyasında mentorluq, peşəkar inkişaf imkanları təklif edən genişmiqyaslı layihə olmaqla, iştirakçıların iqlim dəyişmələri, dayanıqlılıq sahəsində yeni biliklər əldə etməsi istiqamətində öyrənmə mədəniyyətinin təşviqi prosesi həyata keçirilib. Akademiyada iştirak üçün çoxsaylı müraciətlərin dəyərləndirilməsi nəticəsində 29 nəfər seçilərək COP29 Akademiyasının iştirakçısı olmaq imkanı əldə edib. İştirakçılar 2 ay müddəttində fərdi peşəkar inkişaf təlimlərində iştirak etməklə yanaşı, COP29 Azərbaycan Əməliyyat Şirkətinin fərqli şöbələrinin prosesləri ilə yaxından tanış olublar. Proqramın sonunda şöbələr tərəfindən seçilmiş gənclər həmin şöbələrin tərkibində uğurlu təcrübə keçib, imkanı əldə ediblər. Hazırda 29 nəfər COP29 Akademiyası məzunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı kimi fəaliyyət göstərir.

 

Müsahibəni apardı:

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 24 oktyabr (№ 234).- S.8.