Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzidir
Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk
plenar iclası keçirilib
Kazanda XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının
ilk plenar iclası keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib
Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının
ilk plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
tədbirdə iştirak
etmək üçün
“Kazan Expo” Beynəlxalq Sərgi
Mərkəzinə gəldi.
Əvvəlcə XVI BRICS Sammitinin
“Outreach”/“BRICS+” formatının
nümayəndə heyətləri
başçıları - iştirakçılar
birgə foto çəkdirdilər.
Rusiya Prezidenti
Vladimir Putin çıxış üçün sözü
Azərbaycan Prezidenti
İlham Əliyevə verdi.
Dövlətimizin başçısı
tədbirdə çıxış
etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli
Vladimir Vladimiroviç.
Hörmətli həmkarlar.
Xanımlar və cənablar.
Hər şeydən
əvvəl dəvətə
görə Rusiya Federasiyasının Prezidenti
Vladimir Vladimiroviç Putinə
təşəkkürümü bildirmək istərdim.
Fürsətdən istifadə
edərək, Rusiya Federasiyasını BRICS-də
uğurlu sədrliyi münasibətilə təbrik
etmək istərdim.
Azərbaycan beynəlxalq
münasibətlərdə çoxtərəflilik prinsipinin
fəal tərəfdarıdır,
bu, 2020-2023-cü illərdə
Qoşulmama Hərəkatına
sədrlik dövründə
bizim tərəfimizdən
əyani şəkildə
nümayiş etdirilib.
Dördillik sədrlik
dövründə Qoşulmama
Hərəkatı özünün
institusional inkişafında
böyük addım atıb, beynəlxalq münasibətlər sistemində
öz yerini xeyli möhkəmləndirib.
Hərəkata uğurlu
sədrlik təcrübəsi
bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin hazırkı
sədri qismində kömək edir.
Öz coğrafi
mövqeyindən istifadə
edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilib.
“Şərq-Qərb” və
“Şimal-Cənub” nəqliyyat
dəhlizləri bizim ərazimizdən keçir.
Bu nəqliyyat yollarının
Azərbaycan ərazisində
olan bütün seqmentləri uğurla fəaliyyət göstərir.
Hazırkı məqamda
ərazimizdən yük
axınının kəskin
artmasını nəzərə
alaraq, biz bu dəhlizlərin ötürücülük
imkanlarının artırılmasına
əlavə vəsaitlər
yatırırıq.
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının –
COP29-un keçirilməsi məkanı
olacaq. Təqribən
200 ölkənin COP29-un Azərbaycanda
keçirilməsinə dair
yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə
veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə,
istərsə də qlobal təhlükəsizlik,
beynəlxalq hüququn
aliliyi, bir-birinin işlərinə qarışmamaq,
qarşılıqlı hörmət
məsələlərində qarşılıqlı anlaşmaya
nail olunmasına səy
göstərəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
Prezident Vladimir Putin dedi:
Hörmətli cənab
Prezident, çox sağ olun. Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında
çox mühümdür.
Eyni zamanda, zənnimcə, Rusiyanın,
həmçinin digər
BRICS dövlətləri ilə
artan əmtəə dövriyyəsini nəzərə
alsaq, Qazaxıstan Prezidentinin indicə dediyi kimi, bu
da böyük əhəmiyyətə
malikdir.
Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.
Çox sağ olun.
x x
x
Qeyd edək
ki, hazırda 10 üzvü
olan BRICS 2006-cı ildə
yaradılıb. Builki
BRICS Sammitinə 36 ölkədən
və 6 beynəlxalq təşkilatdan nümayəndə
heyətləri, o cümlədən
22 dövlət başçısı
və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar.
BRICS 2009-cu ildən bəri
hər il rəsmi sammitlərdə toplaşan
və çoxtərəfli
siyasətləri əlaqələndirən
vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən
yarısını və
qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu
təşkil edən nəhəng iqtisadi güc mərkəzinə
çevrilib.
Azərbaycan.-2024.- 25 oktyabr
(¹ 235).- S.2.