Bakıda
“İqlim dəyişiklikləri
və enerji hüququ” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Oktyabrın 24-də Bakı Konqres Mərkəzində dünyanın
müxtəlif ölkələrindən
gələn 50-dən çox
beynəlxalq hüquqşünasın
iştirakı ilə
“ICE Baku 2024: İqlim dəyişiklikləri və
enerji hüququ” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, üçgünlük
konfrans Gənclər Fondunun maliyyə dəstəyi, COP29 Azərbaycan
Əməliyyat Şirkəti,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Bakı Ali Neft Məktəbi
və Azərbaycan Gənclər Təşkilatları
Milli Şurasının
(NAYORA) tərəfdaşlığı ilə keçirilir.
Açılış mərasimində Gənclər
Fondunun icraçı
direktoru vəzifəsini
icra edən Qədir Xəlilov, Bakı Ali Neft
Məktəbinin rektoru
Elmar Qasımov, Azərbaycan Vəkillər
Kollegiyasının sədr
müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, ədliyyə
nazirinin müşaviri
Seyfəlpaşa Əliyev,
COP29-un Gənc İqlim
Çempionu Leyla Həsənova, “ELSA Azərbaycan”ın prezidenti
Nazim Çələbiyev,
Seminarlar və Konfranslar üzrə vitse-prezident Tünzalə
Mustafazadə çıxış
ediblər.
Tədbir zamanı
COP29-a Azərbaycanın ev
sahibliyi etməsinin əhəmiyyəti, beynəlxalq
miqyasda iqlim siyasətinin inkişafında
ölkəmizin rolu xüsusi diqqət mərkəzində olub. İştirakçılar gənclərin
və gənclər təşkilatlarının iqlim
dəyişikliyinə qarşı
mübarizədə fəal
iştirakının vacibliyini
vurğulayıblar. Gənclərin
müasir problemlərə
yanaşma tərzinin dəyişdiyi və bu mübarizədə onların səsinin artırılmasının zəruriliyi
diqqətə çatdırılıb.
“ICE Baku 2024” iqlim dəyişiklikləri və enerji hüququ sahəsində beynəlxalq müzakirələri genişləndirmək və bu sahədəki qanunvericilik yeniliklərinə diqqət çəkmək məqsədi daşıyır.
Azərbaycan.-2024.- 25 oktyabr (¹ 235).- S.3.