"Yaşıl dalğa" nümunə göstərir

 

 

Yeniyetmələrin gənc nəslin tərbiyəsini şərtləndirən amillərdən biri ekoloji tərbiyədir. Bunun üçün məktəblilərdə öncə ekoloji dünyagörüşü formalaşdırılmalıdır.

Bəs ekoloji dünyagörüşü nədir? Bu, təbiətə qayğı göstərmək, onun qorunması çoxaldılması istiqamətində fəaliyyət göstərmək, təbii sərvətlərə sevgi ilə yanaşmaq, ekoloji şüura əqidəyə malik olmaqdır.

Azərbaycan məktəblərində bu sadalananlar şagirdlərə hələ ibtidai siniflərdən   öyrədilir. Uşaqlar  təbiət gözəlliyini dərk etməklə yanaşı, ətraf mühiti, yəni  torpağı, suyu, atmosferi, flora faunanı mühafizə  etmək istiqamətində  formalaşırlar. Doğma torpaq, yurd, el-oba, vətən haqqında öyrənir, onları qorumağın hər bir azərbaycanlının borcu olduğunu dərk edirlər. Bu, çox vacibdir. Çünki bu, elə ətraf mühitin mühafizəsi deməkdir. Məhz bu zaman  məktəblilər iqlim dəyişmələrinin fəsadları ilə tanış olur, onu aradan qaldırmağın elmi praktiki yollarına nəzər salırlar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi məktəblilərin ətraf mühitin qorunması, iqlim dəyişmələri ilə mübarizə üsullarının öyrənilməsi istiqamətində bilgilərinin artırılmasına təkan verəcək. Qeyd edək ki, qlobal sessiyanın Azərbaycanda keçirilməsi haqqında qərardan sonra məktəblilərin bu sahəyə marağı artıb. Şagirdlər artıq bir neçə aydır müntəzəm olaraq  ekoloji proseslərdə iqlim dəyişmələrini əks etdirən tədbirlərdə iştirak edir, maariflənir, ekoloji tarazlığın pozulmasında çox böyük rol oynayan iqlim dəyişmələrini özündə ehtiva edən "istixana effekti", "karbon emissiyaları", "parnik qazları" kimi terminlərin elmi cəhətdən öyrənilməsi istiqamətində əldə olunan nəticələrlə tanış olurlar. 

Bu məsələdə şagirdlərlə daha çox işləyən tərəf olaraq müəllimlərin boynuna böyük məsuliyyət düşür. Məsələn, ədəbiyyat müəllimləri yazıçı şairlərin "yaşıl"la bağlı fikirlərini şagirdlərlə bölüşürlər ki, bu da  "Yaşıl dünya naminə həmrəylik ili"nin olduğunu anlamaqda  onların əlindən tutmuş olur. Coğrafiya dərslərində şagirdlərə planetin ekosistemi öyrədilir, təkcə Azərbaycanın deyil, dünyanın ekosistemində ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri əyani şəkildə göstərilir.

Ətraf mühit, ekosistem, iqlim dəyişmələri insanın yaşamında hər dəqiqə, hər an hiss olunur bunlar orta məktəbdə tədris edilən bütün dərsliklərdə birbaşa, yaxud da dolayısı ilə əks olunub. COP29-un məqsədi məramının olduğunu anlamaqda Azərbaycan məktəbliləri çətinlik çəkmirlər. Sağlam yaşamaq üçün  dünyanın "yaşıllaşmağa"  möhtac olduğunu dərk etdikləri üçün "şorbada onların da duzu olsun" deyə  bu istiqamətdə  tədbirlər hazırlayırlar.

Əslində, Bakı məktəbliləri ekoloji addımları indi atmırlar. Hələ 2018-ci il oktyabrın 6-da  Dənizkənarı Milli Parkda  Bakı Avropa Liseyinin təşəbbüsü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə  Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş "Yaşıl dalğa"  ekoloji hərəkatının ilk aksiyası baş tutmuşdur. Tədbirin məqsədi bəşəriyyətin diqqətini planetin flora faunasının qorunması probleminə cəlb etmək olmuşdu. O zamandan hər il "yaşıl dalğa" dalğalanmaqda davam edir.

Bu günlər - COP29 ərəfəsində növbəti "Yaşıl dalğa" ekoloji hərəkatının  VI aksiyası keçirildi. Aksiya həm ənənəvi mövzu - endemik bitkilərin qorunmasına xidmət edən, bəşəriyyətin gələcək inkişafının qayğısına qalmaq qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə yönəltmək, həm COP29  iqlim konfransına diqqət çəkmək idi. Bakı Avropa Liseyinin onun nəzdində olan "Sərhədsiz Diplomatiya" Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə paytaxtdakı "Dəniz Mall" ərazisində keçirilən aksiyanın  istiqamətverici motivi  belə idi: "Qarabağ dünya ekosisteminin zəngin diyarıdır". Tədbirdə məktəblilərə Qarabağın flora faunası haqqında, Azərbaycanın dünyanın təbiət xəzinəsi ermənilərin törətdiyi ekoloji terror haqqında məlumat verildi. Aksiya zamanı  şagirdlər  bulvar mütəxəssislərinin köməyi ilə Dənizkənarı Bulvar İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən bu aksiyaya ayrılmış Azərbaycanın endemik bitkilərinin tinglərini əkdilər. Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci ildən başlanmış "Yaşıl dalğa" aksiyaları nəticəsində 100-dən çox ağac artıq böyümüşdür. İkinci xiyabanda keçən il əkilmiş 50 ağacın yanına budəfəki aksiyada 40 ağac da əlavə olundu. Bununla da Avropa  Liseyinin şagirdləri COP29 tədbirinə öz töhfələrini verdilər. təbiətin qorunması, tarazlığın saxlanılması üçün öz qüvvələri daxilində  görən yeniyetmə  məktəblilər atdıqları addımla bəşəriyyəti fəlakətə sürükləyən iqlim dəyişmələrinin fəsadlarına laqeyd münasibət göstərən insanlara nümunə oldular.

 

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 25 oktyabr (¹ 235).- S.4.