Ermənipərəst Qərb məyusdur

 

 

Çünki Azərbaycan onun  bütün məkr avantüralarını iflasa uğradır

 

 

Qərəzli Qərb təsisatlarının təkcə oktyabr ayı ərzində təşkilatlanmış şəkildə ölkəmizə qarşı həyata keçirdiyi ardıcıl siyasi hücumların fonunda da aydın görmək olur ki, anti-Azərbaycançı şəbəkə xeyli aktivləşib.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirin keçiriləcəyi ərəfəni Azərbaycana təzyiq göstərmək üçün fürsət kimi dəyərləndirən Qərbin ermənipərəst ölkə təşkilatları tərəfindən respublikamızı hədəf alan kampaniyalar başladılıb.

 

 

Çirkin planlar pozuldu

 

 

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın qazandığı Qarabağ zəfəri sözün əsl mənasında regionu müharibə meydanına çevirmək niyyəti güdən Qərbin əl-qolunu bağladı. Onilliklər boyu Ermənistanın işğal faktına qarşı susan, Qarabağda separatizmin kök atmasına birbaşa şərait yaradan bu qanunsuzluqlardan yararlanan məkrli Qərbə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar qətiyyən sərf etmir. Buna görə sülh pərdəsi altında müharibə planları cızır. Ermənistanı silahlandırır, iki ölkə arasında normallaşmaya nail olunmaması üçün bütün mümkün çirkin variantlara əl atır. Amma məhz Bakının sülh təşəbbüsləri sayəsində bu vaxta qədər Ermənistan ilə Azərbaycan arasında ikitərəfli danışıqlar aparılıb, sərhədlərin delimitasiya demarkasiya prosesinə start verilib.

Daim regionda barışı təşviq edən Azərbaycan hərtərəfli cəhətdən sürətlə inkişaf edir. Dünyanın nəqliyyat, enerji qovşağına çevrilən respublikamızın siyasi, iqtisadi, hərbi qüdrəti gündən-günə artır, beynəlxalq nüfuzu yüksəlir. Qlobalmiqyaslı problemlərin yoluna qoyulmasında yaxından iştirak edən dünya ictimaiyyətini narahat edən məsələlərin həlli ilə bağlı daim mühüm çağırışlar irəli sürən Azərbaycanın yekdil qərarla COP29-a ev sahibi seçilməsi təsadüfi deyil.

 

 

Qərəz silsiləsi

 

 

O da təsadüfi deyil ki, sözügedən beynəlxalq tədbirin keçiriləcəyinə çox az zamanın qaldığı vaxtda Azərbaycanın düşmənləri xeyli fəallaşıblar.

Erməni lobbisinin əsirinə çevrilən ABŞ, Fransa, Niderland... Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi ikilistandartlı ölkə təşkilatlar Azərbaycana qarşı qərəz kampaniyasını intensivləşdiriblər.

Yuxarıda vurğuladığımız kimi, təkcə oktyabr ayında demək olar ki, məkrli Qərb təsisatlarının Azərbaycan əleyhinə günaşırı qəbul etdikləri əsassız qərəzli qətnamələrlə, verdikləri absurd bəyanatlarla, heç bir həqiqəti əks etdirməyən fikirlərlə qarşılaşırıq.

Cari ayda Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycana qarşı əsassız qərəzli fikirlər səsləndirdi, Niderland parlamentinin nümayəndələr palatası Azərbaycan əleyhinə iki qətnamə qəbul etdi, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etdi, Fransanın Avropa xarici işlər naziri Jan Noel Baron "France Inter" kanalına müsahibəsi zamanı "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirdi.

 

 

Avropa siyasətçilərinin real siması

 

 

Azərbaycana qarşı sonuncu belə qərəzli bəyanatı Avropa Parlamentində müzakirələr zamanı İş yerləri sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit səsləndirib. Ancaq onun Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını iqlim dəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə əlaqələndirmək cəhdləri bəzi Avropa siyasətçilərinin real simasını bir daha nümayiş etdirir: "Biz Avropa Parlamentini ümumilikdətərəfini regionda sülh sabitliyə zidd olan birtərəfli mövqedən əl çəkməyə şiddətlə çağırırıq".

Bütün bunların Azərbaycanın qlobal miqyaslı tədbirə evsahibliyi edəcəyi dünyanın gözünün respublikamıza yönəldiyi bir zamanda həyata keçirilməsi isə, şübhəsiz, ölkəmizin imicini zədələmək məqsədi güdür. Amma qara ləkə götürmədiyi kimi, çirkin iftiralar da Azərbaycana yapışmır. Milli maraqlarını qətiyyətlə təmin edən qalib ölkəmiz tutduğu haqlı yolla daim uğur zirvəsinə doğru addımlayaraq düşmənlərini məyus edəcək.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 25 oktyabr (№ 235).- S.5.