56 faiz "" deyir

 

 

Ermənistanda xalq xilas formulunu sülh müqaviləsinin imzalanmasında görür

 

 

 

İkinci Qarabağ müharibəsinin qalib məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində delimitasiya demarkasiya proseslərinə start verilməsi görülən işlərin başlanğıcı hesab edilə bilər.

Ermənistan tərəfi gec olsa, anlayır ki, ölkənin xilas formulu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsini imzalamaqdadır.

Məğlub ölkədə artıq bunu etiraf etməyə başlayıblar. Belə ki, ABŞ-nin Beynəlxalq Respublika İnstitutu (International Republican Institute) tərəfindən Ermənistanda keçirilmiş sorğuya əsasən, iştirakçıların 56 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Respondentlərin 31 faizi bu ideyanı tam dəstəkləyir, 25 faizi isə qismən dəstək verir. İştirakçıların 38 faizi Azərbaycanla sülhün arzuolunan, lakin əlçatmaz bir məqsəd olduğunu düşünür, 33 faizi isə bunu arzuolunan, əlçatmaz hesab edir. Qeyd edilir ki, əlaqələrin normallaşdırılmasını dəstəkləyən Ermənistan vətəndaşlarının böyük bir hissəsi (40 faiz) ölkənin konstitusiyasının dəyişdirilməsinə qarşı çıxıblar bəyan ediblər ki, "Konstitusiyanın dəyişdirilməsi Ermənistanın daxili məsələsidir".

IRI tərəfindən keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 76 faizi Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini çox pis qiymətləndirir.

Bu arada "Hraparak" nəşri yazıb ki, Ermənistanda yenidən növbədənkənar seçkilərlə bağlı söhbətlər gündəmdədir. Qeyd edilib ki, Nikol Paşinyanın son həftələrdəki hərəkətləri, vilayətlərə səfərləri, onun həyat yoldaşının ictimai fəallığı siyasi sahədə digər oyunçularda Paşinyanın növbədənkənar parlament seçkilərinə hazırlaşdığına dair ciddi şübhələr yaradıb. Bu şübhələr daha çox Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın son həftələrdə durmadan səslənən tələbləri ilə əsaslandırılır. Bu yaxınlarda İrəvan Bakı bir tərəfdən sülh müqaviləsinin mətninin 80 faizini artıq razılaşdırdıqlarını bəyan edir, digər tərəfdən konkret olaraq hansı müddəalar ətrafında razılaşmaların əldə edilmədiyini açıqlamırlar.

Qeyd edək ki, Ermənistan parlamenti Ədliyyə Nazirliyinin Seçki Məcəlləsinə təklif etdiyi fövqəladə ya hərbi vəziyyət elan olunduğu halda yeni seçkilərin keçirilməsinə imkan verəcək dəyişiklikləri birinci oxunuşda təsdiq edib. 65 deputat dəyişikliklərin "lehinə", 28 deputat isə "əleyhinə" səs verib. Düzəlişlərə əsasən, səslərin hesablanması nəticələrin protokolda qeyd olunması başa çatana qədər fövqəladə ya hərbi vəziyyət elan edilərsə, seçki prosesi dayandırılacaq onun bərpası üçün yeni səsvermə təşkil edilməlidir.

Ümumiyyətlə, real mənzərə göstərir ki, müharibədəki məğlubiyyətdən sonra sülh müqaviləsinin imzalanmasının yubadılması Ermənistanda yaşanan tənəzzülün daha da sürətlənməsi ilə xarakterizə olunub qarşıdakı dövrün bundan nəyə görəsə fərqlənməsi gözlənilmir. Aydın görünür ki, Ermənistan onun xalqı işğal siyasətinin faciəsini yaşayır. Azərbaycan dövlətinin müharibə postmüharibə dönəmində Ermənistana verdiyi tarixi dərs bu ölkəni dərin fəlakətə sürükləyib.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 25 oktyabr (№ 235).- S.5.