Zəfərin Qubadlı səhifəsi

 

Dörd il öncə rayonun azadlığı ilə Laçın dəhlizi Gorus-Qafan yolu Azərbaycan Ordusunun nəzarətinə keçdi

 

 

Bu gün Qubadlının azadlığından dörd il ötür. Artıq dörd ildir ki, işğaldan azad olunmuş Qubadlı da dirçəliş yolundadır. Prezidentin ötən il imzaladığı sərəncama əsasən, bu gün Qubadlı Şəhəri Günüdür. Böyük qayıdış çərçivəsində mərhələli şəkildə yurdlarına qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra şəhər gününü öz ata-baba yerlərində, təmtəraqla, qürurla qeyd edəcəklər.

Vətən müharibəsində Zəngilanın işğaldan azad olunması ilə Qubadlıya gedən yollar da açılırdı. Rəşadətli ordumuz Qubadlı istiqamətində döyüşlərə xüsusi hazırlaşır, tapşırıqları uğurla icra edirdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər nəzarətə götürülərək ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq strateji yüksəkliklər azad edildi.

Oktyabrın 25-də isə 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının işğalçılardan xilas edilməsi üçün döyüş əməliyyatları bir neçə gün davam etdi. Bu şəhərdə güclü düşmən istehkamları, müdafiə sədləri var idi.

Qubadlının Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq kəndləri oktyabrın 23-də düşməndən təmizlənmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər, Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi qələbəmizi daha da yaxınlaşdırdı. Bu müjdəli xəbəri Prezident İlham Əliyev xalqa çatdırdı. Noyabrın 9-dək Qubadlı şəhəri rayonun 41 kəndi düşmən tapdağından xilas edildi.

Tarixə nəzər: Qubadlı onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra bu rayon Zəngəzurun tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd təsərrüfatı heyvandarlıqla məşğul olub. Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin vaxt rayonda 1 şəhər 93 kənd olub. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər olub.1988-ci ildən başlayaraq Ermənistan Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror aktları törədilib. 31 avqust 1993-cü ildə isə Ermənistan silahlı birləşmələri tərəfindən rayon işğal olunub.

 

 

Böyük qayıdışa hazırlıq

 

 

Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın Qubadlıya ilk səfəri  2020-ci il dekabrın 23-də oldu. Dövlət başçısı rayonda Azərbaycan bayrağını  qaldıraraq Qubadlının işğaldan azad edilməsinin tarixi hadisə olduğunu vurğuladı.

Qubadlı rayonunun şəhərinin azad edilməsinin böyük strateji üstünlük təmin etdiyini deyən Prezident Qubadlıdan sonra növbəti istiqamətin Laçın rayonu olduğunu xatırlatdı: "...Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə 10-20 metrdir Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir".

Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə Qubadlıya səfər edən dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdi. İşğaldan azad edilmiş digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerji sistemi şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.

Səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev qeyd etdi ki, Qubadlı şəhəri demək olar ki, yerlə yeksan edilib, bir salamat bina yoxdur, sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişlər, onlar da bərbad vəziyyətdədir: "...biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq Qubadlının təbiəti tarixi keçmişi memarlıqda nəzərə alınacaq. Amma eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır".

Prezidentin 2021-ci il oktyabrın 25-də imzaladığı "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən, bu gün Qubadlıda da quruculuq işləri geniş vüsət alıb. 

 

 

Qubadlı şəhəri yenidən qurulur

 

 

Qubadlı şəhəri beynəlxalq hava limanlarının yerləşdiyi Zəngilan Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) cənub (Zəngilan) arasında xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

 

Dövlət başçısı ötən ilin may ayında da Qubadlıda olub. Ölkə rəhbəri Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu Zilanlı kəndlərinin təməlini qoyub.

Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin iki-otaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı 20-sinin isə beşotaqlı olması nəzərdə tutulur.

Əsası qoyulan Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi kəndin köhnə ərazisini əhatə edir ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin məskunlaşdırılması planlaşdırılıb. Mahruzlu kəndində isə 2700-dən çox sakinin yaşaması nəzərdə tutulub. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq Muğanlı kəndləri bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi 649 nəfərin məskunlaşdırılması planlaşdırılır.

Zilanlıda isə birinci mərhələdə 159 evin tikintisi 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520 nəfər yaşayacaq. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu Seləli kəndləri bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.

Qubadlıda yaradılacaq İşğal Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək.

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Zəfər Muzeyinin interyeri dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq qazanılan Zəfərə, o cümlədən "Dəmir yumruq" əməliyyatına həsr olunacaq. Görülən bərpa, quruculuq işləri nəticəsində bu ilin sonunadək Qubadlının iki kəndinə keçmiş məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur. Beləliklə, illərlə həsrətində olduqları Qubadlıya da əzəli sakinlərinin qayıdışı baş tutacaq. Onlar doğma yurdlarına köçərək bu diyarı da cənnətə çevirəcəklər, Qubadlıya da həyat qayıdacaq.

 

 

Qubadlı igidləri

 

 

Qubadlıda da düşmən istehkamları möhkəm idi. Qubadlı şəhərinin azad olunması əməliyyatı bir neçə gün çəkdi. Düşmən bu şəhərin əlindən çıxmaması üçün çalışırdı. Bununla belə qüdrətli ordumuz bu döyüş tapşırığını da uğurla yerinə yetirdi. Qubadlını düşmən tapdağından xilas etdilər. Canları, qanları bahasına Qubadlını işğaldan azad edənlər Ali Baş Komandan tərəfindən mükafatlandırıldılar. Prezident İlham Əliyevin sərəncamına əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 15212  hərbi qulluqçusu  "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Qubadlı azad olunandan sonra Şuşaya yol açıldı

 

 

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Zəngilan rayonunun işğaldan azad edilməsi Azərbaycan Ordusuna Qubadlı istiqamətində əks-hücumları uğurla davam etdirməyə geniş əlverişli imkanlar yaratdı. Qubadlının kəndlərinin azad edilməsinə oktyabrın 23-dən başlanıldı. Artıq oktyabrın 25-də Qubadlı şəhəri 10-a yaxın kənd düşmən qüvvələrindən tamamilə təmizləndi. "Qubadlının azad edilməsi Azərbaycan Ordusuna Laçın dəhlizi istiqamətində düşmənin əsas təminat yolunu bağlamaq üçün imkanlar açdı. Digər tərəfdən isə Azərbaycanın Şərqi Zəngəzurda kifayət qədər böyük əhəmiyyət kəsb edən, Ermənistan üçün əsas magistrallardan biri olan Gorus-Qafan yoluna nəzarəti ələ almasına şərait yarandı. Qubadlının inzibati hüdudlarına qədər irəliləyən ordumuz ilk növbədə Qubadlı şəhəri ətrafında yerləşən hakim strateji yüksəklikləri azad etdi, daha sonra isə həmin mövqelərdən şəhərin azad edilməsi istiqamətində əməliyyatlara başladı", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Qubadlının azad olunması Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsinin ordumuzun nəzarətinə keçməsinə gətirib çıxardı. Əməliyyatlar məhz Qarabağı Ermənistanla bağlayan, o zaman Laçın dəhlizi adlanan yolun nəzarətə götürülməsi, Ermənistandan gələn təminat təchizatın qarşısının alınması, sonda Şuşanın azad edilməsi ilə nəticələndi. Bu da Ermənistanın kapitulyasiyasına səbəb oldu.

Ə.Verdiyevin sözlərinə görə, Qubadlının azad edilməsi Şərqi Zəngəzurun qərb ərazilərinin tamamilə Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnib: "Bu da erməni ordusunun mənəvi psixoloji vəziyyətinə kifayət qədər ciddi əhəmiyyətli zərbələr vurdu. Düşmən Qubadlı istiqamətində böyük sayda itkilər verdi. Bu itkilər həm şəxsi heyətə, həm silah-sursat, texnika, vasitə avadanlıqlara aid idi. Qubadlının azad edilməsindən sonra Ermənistan ordusunda fərarilərin sayı 5 mini keçdi. Bu isə ondan xəbər verirdi ki, ermənilər yaxın zamanda Azərbaycana müqavimət göstərə bilməyəcəklər. Ermənistan ordusunun itkiləri getdikcə artacaq".

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 25 oktyabr (№ 235).- S.7.