Azərbaycanın qeyri-neft məhsullarına xaricdə maraq çoxdur

 

 

İxrac sırasında "İstisu" yeni olsa da, analoqları arasında birincidir

 

 

 

Artıq neçə vaxtdır qeyri-neft sektoru üzrə ixrac olunan məhsulların çeşidi artır. Son günlər həmin siyahıya məşhur brendimiz "İstisu" mineral suyu da əlavə olunub. Bu isə maddi gəlirdən daha çox mənəvi dividend deməkdir.

Çünki artıq həm Qarabağ Şərqi Zəngəzurun yenidən qurulması fonunda əhalinin məşğulluğu təmin olunur, həm azadlığa qovuşan ərazilərimizdəki təbii sərvətlərin milli marka altında istehsalı reallaşır.  30 illik işğal zamanı erməni quldurları bizim "İstisu"yu kustar şəkildə qablaşdıraraq öz çirkin adlarına çıxarmışdılar. Sentyabrın 2-də Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə başdan-başa yenidən qurulan Kəlbəcər "İstisu" mineral su zavodunun açılışı oldu. O vaxt zavodun direktoru Adil Haqverdiyev demişdi ki, "İstisu" tezliklə ixrac da ediləcək: "Bu həm zavodumuz, həm ölkəmiz adına qürurverici bir hadisədir. Mineral suyumuz dünya bazarlarında satılacaq..." Müəssisə rəhbərinin müjdəsi tezliklə reallaşdı. Baş nazir Əli Əsədovun oktyabrın 4-də Minskə səfəri zamanı belaruslu həmkarı Roman Qolovçenkonun iştirakı ilə "İstisu" mineral suyunun təqdimatı keçirildi. Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu Belarus Respublikasındakı "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq protokolu imzalandı.

Hələ xeyli əvvəl Azərbaycan pomidoru üçün yeni bazarların axtarışı barədə Azərbaycan Meyvə Tərəvəz İstehsalçıları İxracatçıları Assosiasiyasının icraçı direktoru Vüqar Əlimirzəyev danışmışdı. Demişdi ki, Azərbaycanın pomidor ixracı üçün ənənəvi bazarı Rusiyadır. Eyni zamanda müəyyən miqdarda pomidor Belarus Polşaya da göndərilir: "Azərbaycan istehsalçıları ixracatçıları bu məhsulun Körfəz ölkələrinin, xüsusilə Qətərin bazarına çıxarılması üçün səylər göstərsə , yolun uzaqlığı problem yaradır. Ona görə əsas məqsədlərdən biri "Made in Azerbaijan" brendi altında təqdim olunan yerli pomidorların Rusiya bazarında mövqeyini qoruyub saxlamaqdır. Bu ölkəyə istixana məhsulları göndərilir. Açıq sahədə yetişdirilən pomidorlar isə daxili bazarlarda satılır". Qeyd edək ki, açıq qapalı şəraitdə ölkə üzrə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor yetişdirilir. Həmin sahələrdən 800 min tondan artıq məhsul götürülür.

"Azərbaycan Sankt-Peterburqa meyvə-tərəvəz ixrac edən MDB ölkələri arasında ilk pillədədir. Ötən il Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmində 17 faiz artım müşahidə edilib". Bu sözləri Sankt-Peterburq şəhərinin Sənaye Siyasəti, İnnovasiyalar Ticarət Komitəsi sədrinin birinci müavini Aleksandr Sitov deyib. Bildirib ki, Rusiyanın şimal paytaxtının ərzaq kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında Azərbaycan əhəmiyyətli rol oynayır.

İstehsal olunan qeyri-neft məhsullarının həm çeşidinin, həm həcminin artması ixrac ilə bağlı yeni müqavilələrin imzalanmasını zəruri edir. Məsələn, Çinə fındıq, eləcə alma, nar badam satışı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar gedir. Vyetnama isə hər il 1000 tondan çox ət ət məhsulları ixrac olunacaq. Avstriyanın ən böyük şərab sərgisi "VieVinum 2024"də ilk dəfə Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəliyimiz tərəfindən Azərbaycan şərabları nümayiş etdirilib. Maraq yetərincə olub. Deməli, yaxın zamanda şərablarımıza Avstriya bazarında da rast gəlinəcək.

 

Q.CƏBRAYILOĞLU,

Azərbaycan.-2024.- 25 oktyabr (№ 235).- S.9.