Burada sabahın qurucuları yetişir

 

 

Söhbət Bərdə Dövlət Peşə Təhsili Mərkəzindən gedir

 

 

 

Təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyevin ən böyük önəm verdiyi məsələlərdən biri idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsilin təkmilləşməsinə, inkişafına dair strategiyalar hazırlanmış onlar uğurla həyata keçirilmişdir. Bu zəngin irsin layiqli davamçısı Prezident İlham Əliyev təhsilə, o cümlədən peşə təhsilinə xüsusi diqqətlə yanaşır.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Qarabağa Şərqi Zəngəzura Böyük qayıdışın başlanması, bu yerlərdə həyatın dirçəldilməsi, "ağıllı kənd şəhərlər"in salınması bir sıra peşələrin hazırlanması məsələsini gündəmə gətirdi sözsüz ki, bu sahədə əsas peşə məktəblərinin öhdəsinə düşdü.

Ölkəmizdə fəaliyyət göstərən belə təhsil peşə ocaqlarından biri Bərdə Dövlət Peşə Təhsil Mərkəzidir. Qeyd etmək lazımdır ki, 2020-2021-ci tədris ilindən başlayaraq vətəndaşlara elektron portal üzərindən sərbəst, ödənişsiz qeydiyyatdan keçərək PTM-lərə qəbul olmaq şansının verilməsi bu mərkəzin fəaliyyətinə müsbət təsir göstərib. Mərkəz 1952-ci ildə Bərdə MTS-nin nəzdində mexanizasiya  məktəbi adı altında fəaliyyətə başlayıb. 1966-cı ildən isə lisey statusu altında fəaliyyətini davam etdirib.

2016-cı ildə peşə təhsili təliminin  inkişafına  dair strateji Yol Xəritəsi təsdiq ediləndən, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılandan nəhayət, 2018-ci ildə peşə təhsili haqqında qanun qəbul olunduqdan sonra - 2016-2022-ci illərdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində (DPTM) modernləşmə layihəsi həyata keçirildi. Layihənin başa çatmasından sonra - 2021-ci ildə Prezident İlham Əliyevin mərkəzin açılışında iştirak etməsi məktəbdə tədrisin səviyyəsinin daha da yüksəlməsinə əhəmiyyətli təsir göstərdi. Təsir həmçinin müəllimlərin, idarəetmə təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artımında hiss olundu.

 Modernləşdirmə layihəsindən sonra mərkəzin maddi-texniki bazası genişlənmiş infrastrukturu yenilənmişdir. 1200 tələbə üçün tədris binası, 18 təlim emalatxanası, 3 fənn laboratoriyası, 57 sinif otağı, 2300 kitab olan kitabxana, hər biri 100 nəfərlik qız oğlanlar üçün  2 yataqxana, 2 hektarlıq istixanası, 50 hektar təlim-təsərrüfat torpağı, qapalı idman zalı, açıq idman meydançaları, 400 nəfərlik akt zalı, 150 nəfərlik yeməkxanası, STEAM Karyera İnkişaf mərkəzləri olan DPTM- iqtisadiyyatın 8 peşə sahəsi üzrə tədris aparılır. Bunlar iqtisadiyyat xidmət, kənd təsərrüfatı, energetika informasiya texnologiyaları, metallurgiya, maşınqayırma metal emalı, nəqliyyat vasitələri, inşaat ilkin tələbat ərzaq mallarının texnologiyası, kimyəvi biokimyəvi texnologiyasıdır. Mərkəzdə 54 qrupda 40 ixtisas üzrə 1228 tələbə təhsil alır. 2024-2025-ci tədris ilində mərkəzin tələbə qəbulu planına "Dronların texniki xidməti təmiri üzrə mütəxəssis", "Suvarma maşınları nasos qurğuları maşinisti", "İnteryer dizayneri" kimi yeni ixtisaslar da əlavə olunmuşdur. Mərkəzdə Yüksək Texniki Peşə, Texniki Peşə İlk Peşə təhsili pillələri üzrə tədris aparılır.

Layihənin icrasından sonra mərkəz bir çox nailiyyətə imza atmışdır. Onların arasında yerli beynəlxalq əməkdaşlıqları vurğulamaq lazımdır. Bərdə DPTM Mingəçevir Dövlət Universiteti, Dövlət Məşğulluq Agentliyi, KOBİA, eləcə Türkiyənin Bursa Həmidiyyə Texniki Anadolu Liseyi, Estoniyanın Jarvarmaa liseyi, Birləşmiş Millətlərin İnkişaf proqramı, Asiya Bankı, Erasmus+, AgriKontakte Almaniya Təcrübə Proqramı ilə sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, qeyd edək ki, 2022-2023-cü tədris ilində mərkəzin 3 tələbəsi Almaniyanın müxtəlif bölgələrində kənd təsərrüfatı üzrə təcrübə layihəsi çərçivəsində təcrübə keçmişdir. Bundan əlavə, mərkəzin tələbələri mühəndis-pedaqoji heyəti Türkiyə Estoniyada təcrübədə olmuşlar. DPTM-in STEAM mərkəzinin tələbələri isə yerli beynalxalq yarışlarda uğurlu nəticələr qazanmışlar. Mərkəz eyni zamanda həm regionda, həm ətraf bölgələrdə müxtəlif festivallara qatılır bir çox mötəbər tədbirə bacarıqla evsahibliyi edir.

Bərdə DPTM-in direktoru Samir Nəcəfov söhbət zamanı mərkəzin  hədəflərindən söz açdı:

- Bu peşə təhsil ocağının yarandığı vaxtdan missiyası regionun əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması olub. Mərkəzin gələcəyə baxış prespektivləri, çatmaq istədiyi əsas hədəf işəgötürənlərlə sıx əməkdaşlıq quraraq qarşılıqlı dəstək formasında kadr hazırlığı aparan peşə tədris müəssisəsinə çevrilməkdir. Eyni zamanda məqsəd kənd təsərrüfatı ixtisasları üzrə kompetensiya mərkəzi statusu qazanmaqdır. Peşə öyrədən qısamüddətli təlim kurslarının təşkil edilməsini diqqət mərkəzində saxlayırıq. Dövlətin yaratdığı əlverişli, açdığı geniş imkanlardan maksimum istifadə edərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Qazanılan uğurlar bizi qətiyyən arxayınlaşdırmır, əksinə, dövlət xalq qarşısında məsuliyyətimizi daha da artırır.

Bərdə Dövlət Peşə Təhsili Mərkəzi müasir görkəmi, səliqə-sahmanı ilə diqqət çəkir. Nizam-intizam hər addımda duyulur. Ən əsası odur ki, burada ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün peşəkar kadrlar hazırlanır. Heç şübhəsiz ki, mərkəzdə zəruri ixtisaslara yiyələnən gənclər sabah Qarabağın Şərqi Zəngəzurun işğaldan azad olunmuş kəndlərinin, şəhərlərinin yenidən qurulmasında iştirak edəcəklər. Şəhidlərimizin qanı ilə suvarılan, azadlığa qovuşan vətən torpağı məhz qurucu yeni nəslin hünəri ilə cənnətə çevriləcək.

 

Lazım QULİYEV,

Azərbaycan .-2024.- 25 oktyabr (№ 235).- S.11.