Sankt-Peterburqda Azərbaycan dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi gecəsi keçirilib

 

Sankt-Peterburqun Dövlət Akademik Kapellasında Azərbaycan dünya bəstəkarlarının əsərlərindən ibarət möhtəşəm simfonik musiqi gecəsi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, gecədə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının musiqi rəhbəri baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kapellasının orkestri azərbaycanlı bəstəkar pianoçu Tamilla Əhədova çıxış ediblər.

İlk dəfə Sankt-Peterburqda Azərbaycan bəstəkarı Soltan HacıbəyovunKarvansimfonik lövhəsi, eləcə N.A.Rimski-KorsakovunŞəhrizad” (skripkada solo - Anton Çausovski) K.Sen-SansınSamson Dalilaoperasından nümunələr səslənib.

Vacib premyeralarından biri isə gənc bəstəkar Tamilla Əhədovanın öz ifasında həmin gecə səsləndirdiyi fortepiano orkestr üçün konsert olub. Əsər Rusiyada ilk dəfə səsləndirilib. Böyük maraq həyəcanla qarşılanan əsərin ifasından sonra dinləyicilərin diqqətini nəzərə alaraq Tamilla Əhədova fortepiano üçün bəstələdiyi kompozisiyaları təqdim edib.

Qeyd edək ki, konsertin tam anşlaqla keçməsi biletlərin əvvəlcədən əldə olunması azərbaycanlı musiqiçilərin Sankt-Peterburq Kapellası kimi mötəbər salonunda çıxışına olan marağın bariz nümunəsidir.

 

Azərbaycan.-2024.- 25 oktyabr (¹ 235).- S.12.