Musiqişünas-alimin 70 illik yubileyi qeyd olunub
Musiqişünas-alim Fəttah
Xalıqzadənin yaradıcılığı
Azərbaycan musiqişünaslıq
elminin mühüm bir qolunu təşkil
edir. Çünki o, əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan
etnomusiqişünaslıq istiqamətində
çox dəyərli
tədqiqatlar aparıb.
Odur ki, alimin musiqi mədəniyyətimizə
bəxş etdiyi bir çox töhfələr var.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Bəstəkarlar
İttifaqında Fəttah
Xalıqzadənin 70 illik
yubileyinə həsr olunan elmi-praktik konfransda səslənib.
Konfransda Bəstəkarlar
İttifaqının sədri
professor Firəngiz Əlizadə
tanınmış alimin
yaradıcılığından danışaraq onun fəaliyyətinin musiqi elmi üçün əhəmiyyətli olduğunu
vurğulayıb.
Tədbirdə “Fəttah
Xaliqzadənin elmi yaradıcılığına bir
nəzər”, “Fəttah
Xalıqzadənin pedaqoji
fəaliyyəti”, “Fəttah
Xalıqzadədən etdiyim
iqtibaslarım” və
“Fəttah Xalıqzadənin
“Üzeyir Hacıbəyli
və xalq musiqisi” kitabı etnomusiqişünaslıq elminə
bir töhfədir” mövzularında məruzələr
dinlənilib.
Bədii hissədə
isə Niyazinin “Arzu” romansı və Əməkdar artist
Emil Əfrasiyabın ifasında
Üzeyir Hacıbəylinin
musiqi əsəri səslənib.
Azərbaycan .-2024.- 25 oktyabr
(¹ 235).- S.12.