Azərbaycan qardaş Qazaxıstanla səmərəli tərəfdaşlığın inkişafında maraqlıdır

 

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

 

 

Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramıRespublika Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram.

Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Qarşılıqlı ali yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim.

Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində birgə layihələrin reallaşdırılmasında maraqlıdır.

Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah firavanlıq diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Azərbaycan.-2024.- 26 oktyabr (№236).- S.1.