Tarixi
ədalətin bərpası
Qərbi Azərbaycana
qayıdışsız mümkün
deyil
Bu əzəli
torpaqlarımız ulularımızın
bizə əmanətidir
Ölkəmizin ərazi
bütövlüyünün bərpasından və dövlət suverenliyinin təmin olunmasından sonra Azərbaycan dövlətinin qarşısındakı
əsas milli hədəflərdən biri
də müxtəlif illərdə Ermənistanda
aparılan etnik təmizləmə siyasəti
nəticəsində qədim
yurd yerlərindən kütləvi şəkildə
deportasiya olunmuş soydaşlarımızın və
onların varislərinin
hüquqlarının beynəlxalq
müstəvidə bərpası
məsələsidir. Bundan
başqa, həmin doğma torpaqlarda Azərbaycan xalqının
yaratdığı zəngin
tarixi-mədəni irsin
öyrənilməsi, təbliği,
bu irsin tam məhvinin qarşısının alınması,
həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgə yaşayışa
nail olunmasıdır.
Bu, hazırda siyasi gündəmimizin başlıca mövzularından
biridir. Yaşadığımız
reallıqda əzəli
türk torpağı
olan Qərbi Azərbaycandan bütün
azərbaycanlıların qovulması,
soydaşlarımızın doğma yurdlarına qayıtmasının qarşısının
alınması, beynəlxalq
birliyin bu ədalətsizliyə göz
yumması qəbuledilməzdir.
Bu günlərdə
Milli Məclisdə soydaşlarımızın doğma
yurdumuz olan Qərbi Azərbaycana qayıdışını təşkil
etmək məqsədilə
təşəbbüs qrupu
yaradıldı. Prosesə
qanunverici orqan səviyyəsində start
verilməsi dövlətimizin
tarixən bizə məxsus olan torpaqlarımızdan zorla qovulmuş həmvətənlərimizin
hüquqlarının bərpası
istiqamətində kompleks
hüquqi işlərə
başlamaq niyyəti kimi qəbul edilməlidir.
Ümummilli missiya
Ermənistanın, erməni
diasporunun və onların havadarlarının
onillərdir Azərbaycana
qarşı davam edən çirkin və qərəzli kampaniyası bu "məzlum" xalqın
"təqib və məhv edilməsi, deportasiyası və soyqırıma mərzu qalması" kimi uydurma təbliğat üzərində qurulub. Qərb dünyasının
erməniləri himayə
etməsinin başlıca
səbəbi "əzilən
ermənilərin məhvinin
qarşısının alınması"
əməliyyatı kimi
təqdim olunub və bu proses
hələ də davam edir. Burada
əsas niyyət yalnız erməniləri müdafiə etmək deyil, həm də bəzi dövlətlərin və
siyasi mərkəzlərin
öz günahlarını
ört-basdır etmək
məqsədi daşımaq
cəhdidir. Bu xalqın tarixən başına nə gəlibsə, başqalarının
əlində siyasi alət, oyuncaq olduğu
üçün gəlib.
Osmanlı dövlətinin
tərkibində əmin-amanlıq
şəraitində yaşayan
ermənilərin "qəflətən
soyqırımı"na məruz
qalması dünyanı
öz xeyirlərinə
bölmək istəyənlərin
geosiyasi planlarından
irəli gələn oyundur.
XX əsr "erməni
faciəsi"nin dünya
ictimai rəyinə saxtakarlıqla yeridilməsi
prosesi ilə müşayiət olunub. Müxtəlif dövlətlərin
parlament kürsüləri,
beynəlxalq təşkilatların
müzakirə masaları
türklərə qarşı
hədyanların yağdırılması
meydanına çevrilib.
Yalanla dolu kitablar dərc edilib, "elmi araşdırmalar" aparılıb
və belə demək mümkündürsə,
erməni təəssübkeşləri
müvəqqəti də
olsa, istəklərinə
nail olublar. İndi isə həm zəmanə dəyişib, həm də şərtlər.
İnternet və informasiya
əsrində, hər
kəsin məlumat mənbəyinə əlçatanlığı
reallığında siyasi
cəhətdən ən
zəif olan şəxsi belə aldatmaq müşkül məsələyə çevrilib.
İndi bir vaxtlar Rusiya imperiyası və sovet hakimiyyətinin tərkibində olan xalqın müstəqil dövləti - Azərbaycan
var. Azərbaycan o dövlətdir ki, qarşısına qoyduğu
məqsədi - tarixi ədalətin bərpası
missiyasını addım-addım
reallığa çevirmək
əzmindədir və
hədəfindən heç
vaxt, heç bir halda geri
dönməyəcək. Qərbi
Azərbaycandakı torpaqlarımıza
qovuşmaq, soydaşlarımızın
ana vətənə qayıdışını təmin
etmək bu dövlətin əsas tarixi və siyasi missiyalarından biridir.
Ermənilərdən fərqli olaraq bizim əlimizdə gerçək tarixi sənədlər var. Onları himayə edənlərdən fərqli
olaraq biz yalan dolu kitablar
deyil, tarixi ədalətə söykənən
elmi əsərlər,
araşdırmalar yazırıq.
Qanlı erməni diasporundan fərqli olaraq biz saxtalaşdırılmış
mənbələr deyil,
müasir reallığa
əsaslanırıq: indiki
Ermənistan ərazisində
əsrlər boyu yaşayan insanlarımızın
hansı zorakılığa
məruz qaldıqlarına
dair sənədləşdirilmiş
faktlar, videogörüntülər
var. Başqa sözlə, Milli Məclisdə qaldırılmış
təşəbbüs yetərli
hüquqi və tarixi bazaya malikdir
və bizim mübarizəmiz dayanmayacaq.
Torpaqlarımızın işğalı Qərbi Azərbaycandan başlayır
2020-ci ilin Vətən
müharibəsi və
2023-cü ildəki antiterror
tədbirləri nəticəsində
azad edilən torpaqlarımızın 30 il
əvvəlki işğalı
prosesi bundan illər, bəlkə də onillər öncə başladılan
zəncirvari proseslərin
nəticəsi idi. Bütün dünyada, o cümlədən tərkibində
olduğumuz keçmiş
Sovet İttifaqında
ictimai-siyasi səviyyədə
bu işğalın əsaslandırılması və
həyata keçirilməsi
üçün kompleks
işlər həyata
keçirilib. Təbliğati
mərhələyə toxunmasaq
və bilavasitə işğal əməlinə
diqqət yetirsək görərik ki, kənd və şəhərlərimizin ardıcıllıqla
zəbt edilməsi, insanlarımızın zorla
yurdlarından qovulması
prosesindən öncə
ermənilər Qərbi
Azərbaycandakı həmvətənlərimizə
qarşı soyqırımı
və deportasiya siyasəti həyata keçiriblər. Keçmiş
Ermənistan SSR-in bütün ərazisi boyu azərbaycanlıların
təqibinə və fiziki məhvinə yönəlmiş hərəkətlər
sovetlərin, onların
hüquq-mühafizə orqanlarının
gözləri qarşısında
baş verib. Spitak və Stepanavanda törədilən
vəhşiliklər, Hamamlı
və Quqark faciələrinin başlıca
məqsədi Qarabağın
işğalı üçün
hərbi-siyasi dayaq nöqtəsinin, istehkamın
formalaşdırılması idi. Hədəf Azərbaycan ərazisində
baş qaldırmış
erməni separatizminin arxa cəbhəsini möhkəmləndirmək idi.
Çünki bir tərəfdən Azərbaycan,
digər tərəfdən
isə Ermənistanın
azərbaycanlıların yaşadıqları
bölgələrin arasında
qalan separatçılar
qanlı əməlləri
üçün yetərli
manevr imkanlarına malik deyildilər. Bu baxımdan, torpaqlarımızın işğalı
prosesi ancaq Xankəndidə baş qaldırmış separatizmi
nəzərdə turmurdu,
eyni zamanda Ermənistanda ata-babalarımıza,
analarımıza, qızlarımıza,
övladlarımıza qarşı
törədilmiş vəhşilik
və xalqımızın
əzəli Azərbaycan
yurdundan zorla qovulması ilə başlayır. Bu tarixi fakt bizim
Qərbi Azərbaycan torpaqlarına qayıdışımızın
təmin edilməsi yolunda əlimizdə olan tutarlı arqumentdir.
Ötən il rəşadətli ordumuz tərəfindən zərgər
dəqiqliyi ilə həyata keçirilmiş
antiterror əməliyyatından
sonra separatçı
əhalinin öz xoşu ilə, könüllü şəkildə,
heç bir zorakılıq görmədən
ərazilərimizi tərk
edib Ermənistana üz tutmasını indi "zorakı deportasiya" kimi qələmə
vermək cəhdləri
gülünc doğurur.
Axı hər şey canlı yayım şəraitində,
televiziyalar və internet vasitəsilə dünya ictimaiyyətinin gözləri qarşısında
baş verib. Onlarla kadr var
ki, Azərbaycan polisi və media nümayəndələri
ermənilərdən niyə
yaşadıqları yerdə
qalmadıqlarını soruşur,
onlara Azərbaycan vətəndaşlığını qəbul etmələrini təklif edir. Əgər bu, "deportasiya"dırsa, onda
Qərbi Azərbaycan ərazisindən ölüm
təhdidi ilə qovulan azərbaycanlıların
başına gətirilən
faciələr nə idi?
Qərbi Azərbaycan
bizim üçün
sadəcə coğrafiya,
torpaq və ərazi deyil. Qərbi Azərbaycan tarixdir, qədim türk yurdudur. Xalqımızın folkloru,
mədəniyyəti, incəsənəti
və ədəbiyyatının
formalaşdığı vətən
parçasıdır, dədə-baba
yurduna sevgi və bağlılığımızı
bildirən mənəviyyat
ölçüsüdür. Prezident İlham Əliyevin əslən Qərbi Azərbaycandan olan, aşıq yaradıcılığının görkəmli nümayəndəsi,
böyük el sənətkarı Aşıq
Ələsgərin abidəsinin
açılışında söylədiyi sözlər
xalqımızın qədim
yurdumuza bağlılığının
təcəssümüdür: "Xalqımız XX əsrdə
üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə
birinci, 1940-50-ci illərdə
ikinci və 1980-ci illərin sonları-1990-cı illərin
əvvəllərində üçüncü
deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən
müddətdən sonra
Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış,
yəni hamısı olmasa da, böyük
bir qisim qayıtmışdır. Bu,
bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik
təmizləmə dalğasına
məruz qalmış
qərbi azərbaycanlılar
öz dədə-baba
torpaqlarına qayıdacaqlar.
Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən
qərbi azərbaycanlıların
sonrakı nəsilləri
Vətən həsrəti
ilə yaşayırlar.
Bu gün biz Azərbaycan xalqının əyilməz
ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında
görürük. O torpaqları
heç vaxt görməyən Qarabağdan,
Şərqi Zəngəzurdan
olan soydaşlarımız
həvəslə, səbirsizliklə
o qayıdış gününü
gözləyirlər, Böyük
qayıdış proqramının
icrasını səbirsizliklə
gözləyirlər. Əslində,
bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar
bu gün Qarabağa qayıdırlar.
Mən əminəm ki, biz eyni
mənzərəni Qərbi
Azərbaycana qayıdış
dövründə də
görəcəyik... Qərbi
Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir".
XX əsrin qanlı
deportasiyası
Azərbaycanlıların hazırkı Ermənistan
ərazisindən zorla
qanlı deportasiyası
sistemli şəkildə
həyata keçirilib.
Gülüstan və Türkmənçay müqavilələrindən
sonra ermənilərin
Cənubi Qafqaza köçürülməsinin başlıca məqsədi
burada, türk və müsəlman coğrafiyasında hərbi
və geosiyasi planların reallaşdırılması
üçün ermənilərin
simasında öz güvənc, dayaq yerlərinin təşkil edilməsinə nail olmaq idi. Bu
əsas məqsəd iki əsr ərzində
bu xalqın törətdiyi bütün
saxtakarlıq, cinayət
və vəhşətə
göz yummaq üçün əsas olub. Ermənilər isə bu "əlahiddəlik"lərindən yararlanaraq bizə məxsus torpaqları ardıcıl və davamlı şəkildə
qəsb ediblər.
XX əsrdə bu
siyasət üç
mərhələdə həyata
keçirilib və nə qədər maraqlı olsa da, həm ermənilərin,
həm də bizim tərkibində olduğumuz imperiyaların
adları və tarixi məramları dəyişsə də, bu siyasətləri heç bir deformasiyaya uğramayaraq davam edib. Azərbaycanlılar
Ermənistan ərazisindən
müxtəlif bəhanələrlə
1918-1920, 1948-1953 və 1988-1990-ci illərdə deportasiya olunublar. Göründüyü
kimi, bu təsadüfi tarixi proses deyil, xalqımıza
qarşı ən azı bir əsr
davam edən ədalətsiz siyasətin
nəticəsidir.
Əgər 1905-1920-ci illərdə olanlar Birinci Dünya müharibəsi ərəfəsi
və gedişindəki
geosiyasi boşluq şəraitində baş
vermişdisə, XX əsr
ərzində törədilmiş
digər deportasiya və soyqırımı aktları mövcud dövlətin tərkibində,
totalitar quruluşlu mərkəzi hakimiyyətin
təşəbbüsü, dəstəyi və gözləri önündə
icra olunmuşdu. Məsələn, 1947-ci il
dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və
digər azərbaycanlı
əhalinin Ermənistan
SSR-dən Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında" qərar
qəbul edir. Həmin qərarda göstərilirdi ki,
1948-1950-ci illərdə könüllülük
prinsipi əsasında
Ermənistan SSR-də
yaşayan 100 min kolxozçu və digər azərbaycanlı
əhali Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülsün.
Qərarın 1-ci bəndində
1948-ci ildə 10 min,
1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə
tutulurdu. Həmin qərarın 11-ci bəndində
göstərilirdi ki, Ermənistan SSR Nazirlər
Sovetinə icazə verilsin ki, azərbaycanlı
əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi
ilə əlaqədar
onların boşaltdıqları
tikililəri və yaşayış evlərini
xaricdən Ermənistana
gələn ermənilərin
yerləşdirilməsi üçün
istifadə etsinlər.
Qərarların həyata
keçirilməsi nəticəsində
1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı, əslində,
Ermənistan ərazisindəki
dədə-baba torpaqlarından
kütləvi və zorakılıqla sürgün
olunmuşlar. İnsan
hüquqularına zidd
olan bu qərarların,
xüsusilə azərbaycanlıların
Ermənistandan Kür-Araz
ovalığına köçürülmə
qərarı misli-bərabəri
olmayan qəddarlıqla
yerinə yetirilmişdir.
O zaman deportasiya olunanların 50 minə yaxını iqlim şəraitinə dözməyərək
həlak olmuşlar.
Ermənistanda azərbaycanlılara
qarşı 1918-1920-ci illərdə
soyqırımı və
1930-1938-ci illərdə kütləvi
repressiya və sürgün aksiyaları həyata keçirilməsinə
baxmayaraq, Ermənistanın
Türkiyə və
İran, eləcə də
Azərbaycan və Gürcüstan sərhədləri
boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar.
İrəvan şəhərinin
ətraf rayonları ən münbit torpaqlar hesab olunurdu və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil
edirdilər. 1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi
surətdə deportasiyası
isə ermənilərin
və onların havadarlarının İkinci
Dünya müharibəsinin
sonunda Sovet İttifaqının üstün
mövqeyə çıxması
ilə yaranan şəraitdən bəhrələnmək
siyasətinin növbəti
mərhələsi idi.
Bu yolla imperiya indiki Ermənistanın Türkiyə
və İranla sərhədboyu məskunlaşmış
azərbaycanlıların tikanlı
məftillərin o tayında
olan soydaşları ilə əlaqəsini kəsmək niyyətində
idi və bu planı qanlı
yolla, ermənilərin
vasitəsilə həyata
keçirdi.
Artıq ötən
əsrin 80-90-cı illərində
baş verən sonuncu mərhələ soyqırımı və deportasiya əməlləri
isə bir əsr ərzində edilənlərin məntiqi
nəticəsi idi, əsas etibarilə Azərbaycanın böyük
bir qisminin hərbi təcavüz yolu ilə qoparılmasına
hesablanmışdı. Qarabağın
və Şərqi Zəngəzurun işğalı
XX əsrdə reallaşdırılan
planın yekun mərhələsi idi.
Azərbaycan ədaləti
bərpa edəcək
Bütün tarixi sənədlər və xəritələr hazırkı Ermənistanın bizim dədə-baba torpaqlarımızda təşəkkül tapdığını göstərir. Bu gün Ermənistanı himayə edən dövlətlərin özlərinin arxivlərində bu faktı təsdiq edəcək yüzlərlə sənəd var. Bu arqument bizim zorla qovulduğumuz o torpaqlara yenidən qayıdışımızı labüd edir. Bu, tək siyasi və tarixi məsələ deyil, həm də mənəvi və insan faktoruna əsaslanan problemdir.
Prezident İlham
Əliyevin bu məsələni mütəmadi
olaraq qaldırması
və yetərli dəlil-sübutlarla əsaslandırması
Azərbaycan dövlətinin
bu tarixi ədalətsizliyi aradan qaldırmaq əzminin və yolundan dönmək niyyətində
olmadığının göstəricisidir:
"Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu
bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün
tarixi, dini abidələrimizi yerlə
yeksan ediblər, dağıdıblar, azərbaycanlıların
tarixi irsini silmək istəyiblər,
ancaq buna nail ola bilməyiblər.
Çünki tarix var, sənədlər var, xəritələr var... XX əsrin əvvəllərinə təsadüf
edən xəritə bir daha onu
göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin,
kəndlərin adları
Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.
Artıq bu istiqamətdə işlər
başlamışdır... Xalqımız əsrlər
boyu öz hüquqlarını qorumaq
üçün, öz
tarixi torpaqlarında yaşamaq üçün
böyük fədakarlıq
göstərmişdir. Ancaq
buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan
xalqımız üçün
çox böyük faciələr gətirmişdir".
Azərbaycan Prezidenti
haqlı olaraq vurğulayır ki, Qərbi Azərbaycan problemi təkcə dövlətin deyil, hamımızın amalı
və məqsədi olmalıdır: "Qərbi
azərbaycanlılar qanunsuz
olaraq dəfələrlə
deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz
doğma torpaqlarına
qayıtmalıdırlar. Mən
bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti
dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair.
Yox. Biz bunu sülh yolu ilə etmək
istəyirik. Biz hüquqlarımızı sülh
yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq
üçün biz,
o cümlədən beynəlxalq
müstəvidə daha
fəal olmalıyıq".
Xalqımızın Vətən mücadiləsi,
Müzəffər Ali
Baş Komandanımızın
rəhbərliyi ilə
torpaqlarımız uğrunda
qələbə ilə
bitən savaşımız
bütün dünyaya
əyilməz əzmimizi,
mətin iradəmizi nümayiş etdirdi. Şübhə yoxdur ki, Qərbi Azərbaycanda da vətəndaşlarımıza qarşı törədilmiş
cinayətlər öz
hüquqi qiymətini alacaq və biz müqəddəs yurdumuza qayıdışımızı
təmin edəcəyik.
Bunun üçün
bütün imkanlarımız,
ən əsası isə güclü dövlətimiz var!
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
26 oktyabr (№ 236).- S.6.