Azərbaycanla təzyiq ultimatum dilində danışmaq olmaz

 

 

Ermənipərəst Avropa Parlamenti ölkəmizlə bağlı qərəzli qətnamələr qəbul etməklə rəzilliyini nümayiş etdirir

 

 

Avropa Parlamenti oktyabrın 24-də ölkəmizə qarşı qəbul etdiyi reallıqlardan uzaq, birtərəfli böhtanlardan ibarət növbəti çirkin qətnaməsi ilə Qərbin antiazərbaycançı şəbəkəsinin ruporu vəzifəsini yerinə yetirdiyini bir daha nümayiş etdirdi. Erməni lobbisindən aldıqları rüşvət müqabilində Azərbaycana qarşı ard-arda qərəzli heç bir siyasi əhəmiyyətə malik olmayan kağız-kuğuz parçaları qəbul edən korrupsioner avroparlamentarilər bununla guya Bakıya hansısa təzyiq etmək niyyəti güdürlər. 

Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində zəfər qazanmasını, suverenliyini tam təmin etməsini, Qarabağda separatizmi dağıtmasını Avropa İttifaqının məkr yuvasına çevrilən bu qurum hələ qəbul edə bilmir. Buna görə rüşvətxor deputatlar Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi kobud şəkildə pozulması sair kimi çoxsaylı problemləri həll etmək əvəzinə, ölkəmizlə bağlı qərəzli qətnamələr qəbul etməklə məşğuldurlar. Bununla əlaqədar vəziyyət elə tragikomik hal alıb ki, hətta Vətən müharibəsindən sonra AP-nin müxtəlif bəhanələrlə Azərbaycana qarşı qətnamə adı altında neçə kağız-kuğuz parçası qəbul etdiyinin sayını belə itirmişik.

 

 

 

Bəs 30 il əvvəl "humanist" avroparlamentarilər harada idilər?!

 

 

 

"Humanizm keşikçisi" AP-nin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının beynəlxalq hüququn pozulması Ermənistanla münasibətlər" adlı növbəti qətnaməsi ilə tanış olanda görürük ki, yenə Aİ-nin bu qurumunun məkrli parlamentariləri iş-güclərini bir kənara qoyaraq Azərbaycana qarşı məqsədli hücuma keçiblər. Sözügedən dırnaqarası qətnamədə guya insan hüquqlarının beynəlxalq hüququn pozulması ilə bağlı ölkəmizə böhtan atılır, heç bir əsası olmayan yalan ittihamlar irəli sürülür.

Ancaq o da qəribə sual doğuran haldır ki, indi insan haqlarından ağızdolusu danışan avroparlamentarilər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bir milyon azərbaycanlının hüquqlarının tapdalanmasına heç zaman reaksiya verməyib, hansısa qətnamə qəbul etməyib, işğalçı ölkəyə sanksiyaların tətbiqindən dəm vurmayıb, ona təzyiq göstərməyib. Həmin zaman azərbaycanlılar yurdlarından didərgin salınmışdı, etnik təmizləməyə, qətliamlara, soyqırımlarına məruz qalmışdı, qaçqınlıq, məcburi köçkünlük həyatına düçar olmuşdu. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizi mina tarlasına çevirməsi səbəbindən bu günə qədər insanlarımız yurdlarına qayıtmağa çətinlik çəkirlər.   Lakin sirdirsə, riyakar Qərb siyasətçiləri azərbaycanlıların hüquqlarının tapdalanmasına görə ötən onilliklər ərzində bircə dəfə olsun toplaşıb müzakirələr aparmayıb, təcavüzkar Ermənistana qarşı hansısa qətnamələr qəbul etməyiblər.

Azərbaycan öz hüququnu beynəlxalq normalara uyğun təmin edib. İndi 30 il boyu erməni vandallığı ilə üz-üzə qalan ərazilərində bərpa quruculuq işləri aparır, onilliklər boyu məhrumiyyətlər içərisində yaşayan, doğulduqları yurdlara həsrət qalan keçmiş məcburi köçkünləri mərhələli şəkildə dədə-baba torpaqlarına qaytarır. Bütün bunlar isə həm elə insan haqlarının, ədalətin bərpası deməkdir. Lakin Azərbaycanın haqq yolunda uğurla irəliləməsi antitürk, antiislam, anti-Azərbaycan qüvvələrin yuvasına çevrilən Avropa Parlamentinin deputatlarını, sözün əsl mənasında, məyus edir, qəzəbləndirir. Buna görə müasir dövrümüzdə belə səlibçilik, müstəmləkəçilik təfəkküründən qurtula bilməyən ermənipərəst avroparlamentarilər, necə deyərlər, Azərbaycanı "qətnamə atəşi"nə tutublar.

 

 

Korrupsiya rüşvətxorluğun ağır fəsadları

 

 

Azərbaycan Milli Məclisinin AP-nin qəbul etdiyi qərəzli qətnaməni qətiyyətlə pisləyən münasibətində deyilir ki, Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Şərhdə qeyd olunur ki, bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə çalışılır. Eyni zamanda Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.

"Ölkəmizin qlobal regional səviyyədə sülhün, sabitliyin əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri kimi mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər", - deyə Milli Məclisin AP-nin qətnaməsinə münasibətində bildirilir ki, bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə, əslində, əldə olunmuş maddi mənfəətin bir qarşılığıdır.

O da vurğulanır ki, "Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq ultimatum dilində danışmaq olmaz".

Göründüyü kimi, Avropa İttifaqının bu qərəzli qurumu növbəti dəfə Azərbaycana qarşı riyakar qətnamə qəbul etməklə ölkəmizə düşmən münasibətdə olduğunu bir daha ortaya qoydu. Ancaq ermənipərəst parlamentin anti-Azərbaycan fəaliyyəti ölkəmizin haqlı ədalətli mövqeyinə heç bir təsir göstərə bilməz. Sadəcə bu riyakar əməllərlə AP rəzilliyini nümayiş etdirir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.5.