Gürcüstan seçim qarşısında: inkişafa müstəqilliyə davam, yoxsa tamam

 

 

Bütün hallarda son sözü gürcü xalqı deyəcək

 

 

 

Bu gün Gürcüstanda keçirilən parlament seçkilərinin hökumətin hansı qüvvələrdən formalaşacağı, daha doğrusu, ölkənin Avropaya inteqrasiya kursu götürəcəyi, yoxsa milli maraqlar naminə inkişaf yolunun davamını seçəcəyi baxımından əhəmiyyəti böyükdür.

Bəri başdan qeyd edək ki, bu seçkilərin nəticələri Azərbaycan üçün önəmlidir. Çünki qonşu dost Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq siyasi iqtisadi baxımdan özünü hər zaman daha çox müsbət tərəfdən göstərib. Amma edəsən ki, Gürcüstandakı bugünkü seçkilər xarici qüvvələr tərəfindən  "geosiyasi seçim" oyununa çevrilib ki, bu da cəmiyyətdə qütbləşməyə səbəb olub. Təbii ki, ölkədə yaranmış bu vəziyyətə görə məsuliyyət təkcə hakimiyyətin  deyil, həm müxalif partiya liderlərinin üzərinə düşür. Ona görə qonşu dövlətin gələcək inkişaf yolu ilə bağlı fikir ayrılıqları hələ mövcuddur.

Bütün bu proseslər fonunda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli işbirliyi regionun ən davamlı əməkdaşlıq nümunəsi kimi inkişaf edir. Bu əməkdaşlığın təməli genişmiqyaslı iqtisadi layihələrlə qoyulub. Üç ölkə arasındakı mövcud işbirliyi bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı fayda ümumi mənfəət prinsipləri üzərində qurulub. Azərbaycan-Türkiyə münasibətləri məlumdur. Biz qardaşıq aramıza heç kim girə bilməz. Türkiyə-Gürcüstan münasibətləri dostluq, qonşuluq, qarşılıqlı inam maraq çərçivəsində möhkəm sarsılmazdır. O ki qaldı Azərbaycan-Gürcüstan münasibətlərinə, bu  iki xalqın  Heydər Əliyev Eduard Şevardnadze tərəfindən ən yüksək səviyyəyə çatdırılan tarixi dostluq münasibətlərinin üzərinə illərin dolanbacı, keşməkeşi kölgə sala bilməyib. Sonrakı illər bu münasibət strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə iqtisadi deyil, həm siyasi, hərbi, təhsil, humanitar digər sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin Gürcüstanın indiki hakimiyyəti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da bölgədə sülhün əmin-amanlığın möhkəm etibarlı təminatıdır. Bu təminatın hesabına iki ölkənin iştirakı ilə həyata keçirilən bütün layihələr dostluq əməkdaşlıq baxımından dünya üçün  nümunədir.

Gürcüstanda inkişafın sabitliyin davam etməsi "Gürcü Arzusu" partiyasının strateji hədəfidir. Bu hədəf təbii ki, qonşumuzun xoş niyyətindən irəli gəlir, Cənubi Qafqaz xalqlarının rifahının yaxşılaşdırılması yönümündə yeritdiyi sülh əmin-amanlıq  siyasətindən doğur. Sirr deyil ki, aylardır Gürcüstanda Qərbin dəfələrlə sınaqdan  keçirdiyi "rəngli inqilab" ssenarisinin  təkrarlanacağı ehtimal olunurdu. Qərb mediası tərəfindən  seçkidə saxtakarlıq olacağı haqqında məlumatların dövriyyəyə  buraxılması,  müxalif qüvvələr tərəfindən seçkinin nəticəsinin tanınmaması, kütləvi iğtişaşlar törədilməsi kimi amillərin ola biləcəyini hesablayan iqtidar əvvəldən belə cəhdlərin qarsına sədd çəkdi. "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu isə həm Qərbi, həm müxalifəti tərkisilah etdi.

Amma qonşu ölkədə müxalif olmayan siyasi partiyalar da var. Onlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, ölkədə sabitliyin daimi olmasına çalışırlar. Bu partiyalar çox aydın dərk edirlər ki, Qərb həqiqətən Gürcüstanın maraqlarını qorumuş olsaydı, Abxaziya Cənubi Osetiya məsələsi bu qədər uzanmazdı. Qərbin öz siyasətini əsasən vədlər üzərində qurmasını da gürcü xalqı yaxşı bilir bu səbəbdən ona inanmır.

Gürcüstanda yaşayan azərbaycanlılara gəldikdə, soydaşlarımız ağı qaradan seçməyi yaxşı bilirlər. İndiyə qədər keçirilən bütün seçkilərin nəticələri sübut edir ki, çox zaman azərbaycanlıların səsi həlledici olur. Bugünkü parlament seçkilərində müxtəlif siyasi partiyaların siyahısında 13 azərbaycanlı namizəd var. Təbii ki, oların parlamentdə təmsil edilməsi icma olaraq soydaşlarımızın xeyrinədir. Ona görə ayıq-sayıq  Gürcüstan vətəndaşları, sağlam düşüncəli azərbaycanlılar kimi başa düşürlər ki, bu seçki  tarixi hadisədir. Bilirlər ki, hazırkı hakimiyyətə qarşı ittihamlar, sanksiya təhdidləri ilə gərginliyi artıqmağa çalışan xarici qüvvələrin əlində oyuncaq olmamaq üçün seçkidə ədalətli mövqe nümayiş etdirmək lazımdır.

 

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 26 oktyabr (¹ 236).- S.7.