Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya
heyəti haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
2 aprel tarixli 46 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 4, maddə 226 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Milli Ensiklopediyasının
redaksiya heyəti haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 15-ci bənd üzrə:
1.1. birinci cümlədən
"bir birinci müavini və" sözləri çıxarılsın;
1.2. ikinci cümlədə
"Azərbaycan Milli
Ensiklopediyası Nəşriyyat-Poliqrafiya
Birliyində" sözləri
"Azərbaycan Milli
Ensiklopediyası" Elmi
Mərkəzində" sözləri
ilə əvəz edilsin;
1.3. üçüncü cümlədə "Birliyin"
sözü "Mərkəzin"
sözü ilə əvəz edilsin.
2. 19-cu bənd üzrə:
2.1. birinci cümlədə "birinci
müavini" sözləri
"müavinlərindən biri" sözləri ilə əvəz edilsin;
2.2. ikinci cümlədə
"və adi" sözləri "sadə"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
26 oktyabr (№ 236).- S.2.