"Azərbaycan
Respublikası Hökuməti
ilə Özbəkistan
Respublikası Hökuməti
arasında Özbəkistan
Respublikası ərazisində
müvəqqəti işləyən
Azərbaycan Respublikası
vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində
müvəqqəti işləyən
Özbəkistan Respublikası
vətəndaşlarının əmək fəaliyyəti
və hüquqlarının
müdafiəsi haqqında
Saziş"in təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il avqustun
23-də Daşkənd şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Özbəkistan
Respublikası Hökuməti
arasında Özbəkistan
Respublikası ərazisində
müvəqqəti işləyən
Azərbaycan Respublikası
vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində
müvəqqəti işləyən
Özbəkistan Respublikası
vətəndaşlarının əmək fəaliyyəti
və hüquqlarının
müdafiəsi haqqında
Saziş" təsdiq
edilsin.
2. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə,
Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidmətinə tapşırılsın
və Azərbaycan Respublikasının Mərkəzi
Bankına tövsiyə
edilsin ki, bu Fərmanın 1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra onun müddəalarının
həyata keçirilməsini
təmin etsinlər.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Özbəkistan Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
26 oktyabr (№ 236).- S.2.