"Azərbaycan
Respublikası Hökuməti
və Belarus Respublikası
Hökuməti arasında
baytarlıq sahəsində
əməkdaşlıq haqqında
2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə
dair Protokol"un təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
2024-cü il mayın
16-da Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
və Belarus Respublikası
Hökuməti arasında
baytarlıq sahəsində
əməkdaşlıq haqqında
2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə
dair Protokol" təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2024-cü il
Azərbaycan.-
2024.- 26 oktyabr (№236).- S.2.