"Avropa Yenidənqurma İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Avropa Yenidənqurma İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə Avropa Yenidənqurma İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişikliklər təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Azərbaycan.-2024.- 26 oktyabr (№236).- S.2.