"Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman)
haqqında" və
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının
Konstitusiya qanunlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, "Media haqqında"
Azərbaycan Respublikasının
2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman)
haqqında" Azərbaycan
Respublikası Konstitusiya
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, № 3, maddə
115 (Cild I) 13.2.5-ci maddəsində
"kütləvi informasiya
vasitələrini" sözləri
"media subyektlərini"
sözləri ilə əvəz edilsin.
Maddə 2. "Normativ
hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 2, maddə
69 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.0.20-ci maddədə "kütləvi informasiya vasitələrinin" sözləri
"media subyektlərinin"
sözləri ilə əvəz edilsin;
2.2. 9.1.2-ci maddədə və 84-cü maddənin adında "kütləvi
informasiya vasitələrində"
sözləri "media
məhsullarında" sözləri
ilə əvəz edilsin;
2.3. 48.3.2-ci maddədə "kütləvi informasiya vasitələrində" sözləri
"mediada" sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
26 oktyabr (№236).- S.2.