Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

 

Azərbaycanın beynəlxalq arenada rolu getdikcə güclənir bu, onun multilateralizm prinsipini əsas tutaraq çoxtərəfli diplomatiya yürütməsi ilə sıx bağlıdır. Ölkəmizin xarici siyasəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm müxtəlif beynəlxalq təşkilatlar platformalar vasitəsilə daha geniş diplomatik əlaqələr qurulur. Bu yanaşma Azərbaycanı qlobal siyasətdə mühüm dövlət kimi tanıdır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir. Kazan şəhərində XVI BRICS Sammitində Azərbaycanın iştirakı da bu siyasətin tərkib hissəsidir ölkənin multilateralizmə verdiyi önəmi göstərir.

 

Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi BRICS əlaqələri

 

Azərbaycanın 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrliyi, ölkənin çoxtərəfli diplomatiyada əldə etdiyi uğurların zirvəsi kimi qiymətləndirilir. Bu müddət ərzində Azərbaycan koronavirus pandemiyası kimi qlobal problemlərə cavab olaraq, əməkdaşlıq humanitar yardım prinsiplərini ön plana çəkdi. Ölkənin Qoşulmama Hərəkatına sədrliyinin davam etdirilməsi ilə Azərbaycan hələ bu platformada fəal səmərəli fəaliyyət göstərir. Azərbaycanın Qoşulmama Hərəkatında əldə etdiyi təcrübə təsir, onun BRICS sammitlərindəki rolunu gücləndirir.

BRICS təşkilatına üzv olanlar, - Braziliya, Rusiya, Hindistan, Çin Cənubi Afrika, - dünya iqtisadiyyatında siyasətində mühüm rol oynayan ölkələrdir. Azərbaycan, bu ölkələrlə həm siyasi, həm iqtisadi əməkdaşlıqda yeni perspektivlər yaradır. BRICS+ formatında Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iştirakı, həm Qlobal Cənub Qlobal Şimal arasındakı dialoqu gücləndirir. Azərbaycanın BRICS ölkələri ilə əməkdaşlığı Qoşulmama Hərəkatındakı uğurlu diplomatiya təcrübəsi üzərində inşa edilir.

Onu da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur, bu da onu BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat edir. Azərbaycanın sədrliyi dövründə 3 virtual sammit təşkil olunub, onlardan biri pandemiyaya qarşı beynəlxalq cavab tədbirlərinə həsr olunub.

 

 

 

Ölkəmizin COP29 Sədrliyi iqlim diplomatiyasında rəhbər rolu

 

Azərbaycanın beynəlxalq platformalardakı mövqeyi təkcə siyasi iqtisadi deyil, eyni zamanda, ekoloji məsələlərdə böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, Azərbaycan 2023-cü ildə təxminən 35 milyon ton neft 48 milyard kubmetr qaz ixrac edib. Ölkə Avropa İttifaqının qaz təchizatında mühüm rol oynayır bu, xüsusilə BRICS ölkələri ilə enerji təhlükəsizliyi məsələlərində əməkdaşlıq perspektivlərini genişləndirir.

Azərbaycanın cari ilin noyabr ayında keçiriləcək COP29 kimi mötəbər beynəlxalq konfransa sədrliyi, ölkənin qlobal iqlim diplomatiyasında liderliyini təsdiqləyir. Bu sədrliyi vasitəsilə Azərbaycan Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında dialoq yaradaraq, iqlim dəyişikliklərinə qarşı birgə mübarizə imkanlarını genişləndirir. Ölkəmizin iqlim diplomatiyasındakı bu fəallığı, onu qlobal ekoloji problemlərin həllində mühüm aktor kimi tanıdır. COP29 ilə bağlı statistikaya əsasən, Azərbaycanın sədrliyi ilə keçiriləcək beynəlxalq tədbirə 190-dan çox ölkənin 20 mindən çox nümayəndənin qatılması gözlənilir. Azərbaycanın iqlim diplomatiyasına yönələn səyləri çərçivəsində 2030-cu ilə qədər ölkənin istixana qazı emissiyalarını 35 faizə qədər azaltmaq öhdəliyi var.

BRICS ölkələri iqlim dəyişikliyi ekoloji problemlərə qarşı mübarizədə mühüm ölkələrdir. Çin Hindistan kimi ölkələr qlobal iqtisadiyyatın böyük payını təşkil edir bu səbəbdən onların ekoloji strategiyaları beynəlxalq səviyyədə böyük təsir göstərir. Azərbaycan, COP29 çərçivəsində BRICS ölkələri ilə iqlim siyasəti sahəsində əməkdaşlıq üçün yeni yollar axtarır. Bu kontekstdə Azərbaycanın iqlim ekoloji sahələrdə qazandığı təcrübə BRICS ilə olan əlaqələrdə yeni imkanlar yaradır.

 

 

 

XVI BRICS Sammiti Azərbaycanın əlaqələri

 

Sözsüz ki, Kazan şəhərində keçirilən XVI BRICS Sammiti Azərbaycan üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın BRICS+ formatında fəal rol oynadığını göstərir. BRICS+ formatı BRICS ölkələri ilə digər inkişaf etməkdə olan ölkələr arasında iqtisadi siyasi əlaqələri genişləndirmək üçün mühüm bir platformadır. Bu format Azərbaycanın beynəlxalq siyasətdə iqtisadiyyat arenasında daha geniş əlaqələr qurmaq üçün bir vasitə kimi çıxış edir. Azərbaycanın BRICS Sammitində iştirakı, həm ölkənin enerji sektorundakı təcrübəsi resursları ilə əlaqədardır. Enerji təhlükəsizliyi məsələləri BRICS ölkələri üçün mühüm prioritetdir Azərbaycanın bu sahədəki rolu əhəmiyyətlidir. Azərbaycan enerji ixracı nəqli sahəsində strateji mövqeyə malikdir bu, BRICS ölkələri ilə yeni əməkdaşlıq perspektivləri açır.

Azərbaycanın XVI BRICS Sammitində iştirakı ölkənin beynəlxalq arenada artan təsirini çoxtərəfli diplomatiya strategiyasını əks etdirir. Qoşulmama Hərəkatında uğurlu sədrliyindən sonra Azərbaycan iqlim diplomatiyasında lider mövqeyini gücləndirir. Azərbaycanın həm Qlobal Cənub, həm Qlobal Şimal ölkələri ilə dialoq qurmaq cəhdləri, onun beynəlxalq proseslərdə oynadığı rolu daha da möhkəmləndirir. Bu əməkdaşlıq Azərbaycanın strateji maraqlarını qoruyaraq, ölkənin iqtisadi siyasi perspektivlərini genişləndirmək üçün yeni imkanlar yaradır.

BRICS ölkələri dünya əhalisinin 40 faizini, qlobal ÜDM-in isə təxminən 25 faizini təşkil edir. 2023-cü ildə Azərbaycan BRICS ölkələrinə 1,2 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, əsasən enerji qeyri-neft məhsulları sektorlarını əhatə edir. BRICS+ formatında keçirilən tədbirlərdə Azərbaycanın iştirakı genişləndirilib. 2024-cü ilə qədər Azərbaycan BRICS ölkələri ilə 500 milyon ABŞ dolları məbləğində yeni iqtisadi layihələr üzərində danışıqlar aparır. Bu statistik məlumatlar Azərbaycanın həm Qoşulmama Hərəkatında, həm BRICS+ formatında fəallığını, iqtisadi əməkdaşlıq sahəsindəki güclü potensialını beynəlxalq arenada liderliyini göstərir.

 

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.3.