Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

 

 

Kazanda BRICS toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşdüyü gündə - oktyabrın 24-də Avropa ParlamentininAzərbaycanda vəziyyət, insan hüquqlarının beynəlxalq hüququn pozulması Ermənistanla münasibətləradlı istifadəyə yararsız kağız parçası olan qətnaməni qəbul etməsinin bəlli səbəbləri var.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib. Həmin səbəbləri diqqətə çatdıran parlament sədrinin müavini deyib: “Özlərinin strateji məqsədləri naminə vaxtilə qızışdırıb ortaya atdıqları Ermənistanın məğlub edilməsi nəticəsində Avropa Parlamentinin yürütdüyü siyasət puça çıxıb. Onlar Ermənistanın düşmüş olduğu vəziyyətin səbəblərini ermənilərdə özlərində deyil, Azərbaycanda axtararaq düşmənçiliyi yenidən alovlandırıb regiona qan, revanşizm üzərində gəlməyə cəhd etməkdən ötrühüquqiəsaslar hazırlamağa çalışırlar. Digərləri kimi bu qətnamə göstərir ki, parlamentarilər Avropa xalqlarını aldadaraq cinayət yolları ilə pullar qazanmış erməni milyarderlərinin artıq nimdaşa çevrilmiş ciblərindədirlər xirtdəyə qədər çirkaba batıblar; onlar belə ucuz qətnamələri qəbul etməklə özlərini dünya erməniliyinin gözündə qaldırmağa çalışırlar”.

Musa Qasımlı vurğulayıb ki, ermənilərin bədbəxtliyinin kökündə sonradan gəlib yerləşdikləri regionun yerli xalqları ilə dil tapıb mehriban qonşu kimi yanaşı, müstəqil yaşaya bilmək istəyinin olmaması, qul psixologiyası, kənardan üçüncü qüvvənin buraya gətirilməsi cəhdləri dayanır.

Gələcəkdə, şübhəsiz ki, Azərbaycana qarşı böhtan təhdidlər dolu digər məzmunlu qətnamələr qəbul edilə bilər. Lakin onların heç biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı indiki şəraiti dəyişmək gücündə olmayacaq”, - deyə Milli Məclis sədrinin müavini fikrini yekunlaşdırıb.

 

Azərbaycan.-2024.- 26 oktyabr (¹ 236).- S.4.