Maliyyə naziri iqlim maliyyəsinə həsr olunmuş tədbirlərdə iştirak edib

 

Maliyyə naziri Samir Şərifov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi COP29-un nümayəndə heyəti ilə birlikdə iqlim maliyyəsi məsələlərinə həsr olunmuş bir sıra yüksək səviyyəli tədbir görüşlərdə iştirak edib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BVF- iqlim maliyyəsinin artırılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Braziliyanın birgə təşkilatçılığı iləBeynəlxalq Dayanıqlı Maliyyə Arxitekturası: COP-lar arasında nəticə əldə etmək üçün sürəti ambisiyanı qorumaqmövzusunda tədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva ilə yanaşı, bir sıra dövlət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının, fondların, beyin mərkəzlərinin özəl maliyyə təşkilatlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirin açılış hissəsində çıxış edən nazir Samir Şərifov iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilin sonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, G20 maliyyə nazirlərini NCQG mövzusunda birgə addımlar atmağa çağıraraq iqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılmasının zəruriliyini qeyd edib.

 

 

İllik Toplantı çərçivəsində maliyyə naziri, həmçinin COP29-un nümayəndə heyəti ilə birlikdə BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, Dünya Bankı Qrupunun prezidenti Acay Banqa, Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava Dünya Bankı Qrupunun İnkişaf Əməkdaşlıqlar üzrə baş icraçı direktoru Aksel Von Trotsenburq ilə görüşlər keçirərək COP29-un beynəlxalq maliyyə institutları çoxtərəfli inkişaf banklarından gözləntiləri iqlim maliyyəsinin artırılması imkanları ilə bağlı müzakirələrə qoşulub Azərbaycanın cari ildə üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 12-ci Nazirlər Toplantısında, habelə Braziliya İqlim Ekoloji Transformasiya İnvestisiya Platformasının (BIP) təqdimat tədbirində iştirak edib.

Bununla yanaşı, nazir Samir Şərifov BVF Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş Körfəz Əməkdaşlıq Şurası Qafqaz Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri mərkəzi bank rəhbərlərinin iclasına qatılıb. İclasda iki region arasında ticarət maliyyə axınlarının mövcud vəziyyəti, əməkdaşlığa mane olan çətinliklər bu çətinliklərin həlli yolları ilə bağlı müzakirə aparılıb. Maliyyə naziri öz çıxışında regionlar arasında ticarət investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edərək ölkələr arasında investisiyaların işçi qüvvəsinin sərbəst hərəkətinin qarşılıqlı təşviqinin, balanslı yumşaq enerji keçidinin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin innovativ maliyyə alətlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Vaşinqtona səfəri çərçivəsində maliyyə naziri Samir Şərifov, həmçinin Qara Dəniz Ticarət İnkişaf Bankının prezidenti Serhat Köksal, Bolqarıstanın Baş nazirinin müavini maliyyə naziri xanım Lyudmila Petkova BVF-nin icraçı direktoru Marsel Piter onun əvəzedicisi Patrik Loşevski ilə ikitərəfli görüşlər keçirib qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.6.