İtaliyalı
diplomat: Avropa parlamentinin qətnaməsi
sülh müqaviləsinin
imzalanmasına kömək
etmir
İtaliya xarici
işlər və beynəlxalq əməkdaşlıq
nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul
şəxs, habelə
İtaliyanın hakim
"İtaliya Qardaşları"
partiyasının milli
direktorluğunun əlaqələndiricisi
Edmondo Çirielli Avropa Parlamentində oktyabrın 24-də Azərbaycana
qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın
xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini Edmondo Çirielli bildirib: "Mənim siyasi partiyamın haqlı olaraq bitərəf qaldığı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini
təəccüblə qarşıladım.
Parlament suverendir, lakin bu o demək
deyil ki, hökumət nümayəndələri
öz fikirlərini ifadə edə bilməzlər, biz demokratik ölkələrik”,.
“Əvvəla, qətnamə
hüquqi və tarixi saxtakarlıqla doludur. Məhz Ermənistan qeyri-qanuni (BMT
tərəfindən pislənmiş)
olaraq otuz il ərzində nəinki “Dağlıq Qarabağ”ı, həm də ondan iki dəfə
böyük olan və yalnız azərbaycanlıların yaşadıqları
ərazini işğal
etmişdir. BMT-nin müstəqil hesabatlarından
da göründüyü
kimi, ermənilərin
regionu tərk etmələrinə görə
məsuliyyət daşıyan
Azərbaycan deyil, bu, regionun erməni
separatçı rəhbərliyinə
havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır.
Halbuki beynəlxalq səviyyədə Azərbaycan
ərazisi kimi tanınan həmin bölgədə yaşayan
erməniləri qorumaq
bəhanəsi ilə
Ermənistanın başlatdığı
müharibə nəticəsində
750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin
düşməyə məcbur
olub. Azərbaycanlılar
hələ də öz torpaqlarına qayıda bilmirlər, çünki onların şəhərləri yerlə-yeksan
edilib və hər yer hələ
də minalanmış
vəziyyətdədir”, - deyə
“İtaliya Qardaşları”
partiyasının nüfuzlu
üzvü olan nazir müavini vurğulayıb.
Diplomat əlavə
edib: “Ermənistan ərazisində Azərbaycan
qoşunları yoxdur.
Üstəlik, onilliklər
ərzində ermənilər
qanunsuz şəkildə
işğal etdikləri
Azərbaycanın dörd
kəndini də geri qaytardılar. Mübahisəli ərazilər
yoxdur, çünki Ermənistanın özü
də bunu bəyan edib: yalnız azərbaycanlıların
qaldırdığı məsələ
var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən
müddəalardır. Avropa
Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin
tezliklə imzalanmasına
kömək etmir".
"Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-nin enerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə strateji tərəfdaşıdır. Mən bütün dediklərimdə əminəm, çünki nazir Tayaninin təklifi ilə xarici işlər naziri qismində Qafqaz bölgəsi mənim vəzifə səlahiyyətlərimə aid ediləndən sonra, dəfələrlə bütün bölgə ölkələrinə səfər etmişəm və bölgənin hər üç ölkəsindən İtaliyada çoxsaylı nümayəndə heyətlərini qəbul etmişəm”,- deyə Çirielli fikrini tamamlayıb.
Azərbaycan.-2024.-
26 oktyabr (¹ 236).- S.7.