Qərbin
təzyiqləri Gürcüstanı
yolundan döndərə
bilməyəcək
"Oktyabrın 21-də Tbilisidə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun
təşəbbüsü ilə Gürcüstan və Azərbaycan QHT-ləri arasında ictimai iştirakçılıq
mövzusunda informasiya
mübadiləsi xarakterli
konfrans keçirilib. Həmin tədbirdə Gürcüstan və Azərbaycan qeyri-hökumət
təşkilatları, vətəndaş
cəmiyyəti ekspertləri
iştirak ediblər".
Bu barədə
"Azərbaycan" qəzetinə
danışan Azərbaycan
Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib
ki, həmin görüşdə müzakirə
olunan əsas məsələlər Azərbaycan
və Gürcüstanın
regionda müstəqil
siyasət həyata keçirməsi, region üzrə gündəliyin
müəyyən olunmasında
söz sahibi olması və bunların bir sıra ölkələri
qıcıqlandırması ilə əlaqədar olaraq yayılan müəyyən dezinformasiyalarla
bağlı olub. Siyasi institutlarda son dövrlər Gürcüstana müəyyən
təsir göstərmək
məqsədilə bağlı
qətnamələr qəbul
edilir, bəyanatlar verilir, bu ölkə
sanksiyalarla hədələnir.
"Gürcüstanın "xarici agentlər"lə
bağlı qanunu, həmçinin LGBT ilə
bağlı təbliğatın
qadağan olunması bəhanə kimi istifadə edilərək bu ölkəyə qarşı təzyiqlər
artırılır. Seçkilərlə
əlaqədar da təzyiqlər güclənib.
Azərbaycan qeyri-hökumət
təşkilatları Gürcüstanda
sabit vəziyyətin olmasında maraqlıdır.
Qeyri-hökumət təşkilatları
kimi milli-mənəvi
dəyərlərin qorunmasına
çalışırıq, eyni zamanda Gürcüstanın
müstəqilliyi uğrunda
fəaliyyət göstərən,
dövlətçilik və
suverenliyi müdafiə
edən təşkilatlarla
əməkdaşlıq edirik.
Gürcüstan qeyri-hökumət
təşkilatlarını COP29 QHT koalisiyasının fəaliyyətinə
cəlb etmək təklifini də vermişik. Artıq bir neçə gürcü qeyri-hökumət
təşkilatı Milli
QHT Forumunun təşəbbüsü
ilə yaradılan bu koalisiyaya qoşulublar və bizimlə bu istiqamətdə fəal əməkdaşlıq edəcəklər",
- deyə idarə heyətinin sədri deyib.
R.İskəndərli hesab edir ki,
Gürcüstanda seçkilərdən
sonra da QHT-lər, müstəqillik, suverenlik uğrunda çalışan təsisatlar
öz fəaliyyətlərini
normal davam etdirəcəklər. Qərbin
və digər ölkələrin təzyiqləri
bu sahədə hər hansı dəyişikliyə səbəb
olmayacaq.
Azərbaycan Milli
QHT Forumunun İdarə
Heyətinin sədri onu da qeyd
edib ki, ölkəmiz regionda müstəqil siyasət yürüdərək söz
sahibi olduğuna görə Qərb,
ABŞ, Fransa tərəfindən
təzyiqlərə məruz
qalır. Dövlətimizin
müstəqil siyasəti
onları müəyyən
dərəcədə qıcıqlandırır:
"Onlar öz maraqlarına uyğun siyasətin həyata keçirilməsini istəyirlər.
Amma bu, əlbəttə ki, bizim regionda mümkün deyil. Bunu görmədikdə isə təzyiqləri, qarayaxma kampaniyalarını
intensivləşdirirlər. Bizim əməkdaşlıq
etdiyimiz qeyri-hökumət
təşkilatları isə
regionda sülhün tərəfdarıdırlar".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
26 oktyabr (№ 236).- S.7.