Gürcüstanın
qarşısındakı əsas
çağırış münasib siyasi mühiti formalaşdırmaqdır
Geosiyasi cəhətdən
mürəkkəb bir
dövrdə regionda baş verən hadisələr, o cümlədən
Gürcüstandakı proseslər,
Qərbin reaksiyaları
ilə daha da gərgin bir şəkil alır. Son dövrlərdə Gürcüstan
Parlamenti tərəfindən
qəbul edilən qanunlar Qərb siyasi dairələrində
müzakirə mövzusuna
çevrilib. Bu il üçün parlamentin payız sessiyası sentyabrın
3-də açılıb. Onuncu çağırış
parlament sessiya həftəsi çərçivəsində
“Amnistiya layihəsi”ni
və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi
haqqında” qanunu üzərində müzakirələr
apararaq müvafiq dəyişikliklərdən sonra
qəbul edib. Parlament hər iki qanunun oxunuşunu
təsdiqləmək üçün
sonuncu plenar iclasını sentyabrın
17-də yekunlaşdırıb. Bundan sonra Qərb
siyasi dairələri Gürcüstan parlamentini
“Ailə dəyərləri
və yetkinlik yaşına çatmayanların
müdafiəsi” haqqında
qanunu nəzərdən
keçirməyə dəvət
edib.
Bunu AZƏRTAC-a açıqlamasında
Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
eksperti Nəsibə Mirzəyeva söyləyib.
O bildirib ki, bu müzakirələr ölkə daxilində iqtidar və müxalifət arasında
münasibət dinamikasına
təsir edən amillərdəndir. Gürcü
siyasi dairələrində
Qərbin ölkənin
daxili siyasətinə
təsir göstərə
biləcəyi ilə
bağlı fikirlər
də irəli sürülür. Bu cür yanaşmalar, Gürcüstanın Qərb
və Rusiya arasında balans yaratma səylərinə,
ölkənin suverenliyinə
və milli maraqlarına təsir edə biləcəyinə
dair narahatlıqlara səbəb olur. Həmçinin bu vəziyyətin müstəqil
qərarvermə imkanlarını
da məhdudlaşdıra
biləcəyi düşünülür.
Nəsibə Mirzəyeva
qeyd edib ki, avqust müharibəsi
kimi ağır bir hadisədən sonra Ukraynada baş verən hadisələr gürcü
ictimaiyyətində ciddi
narahatlıqların qalmasına
səbəb olub. Belə bir ssenari,
ölkənin təhlükəsizliyi
və regiondakı stabillik baxımından müzakirə mövzusu olaraq gündəmdədir.
Ekspert diqqətə
çatdırıb ki,
Gürcüstanda hazırda
keçirilən seçki
kampaniyaları, ölkənin
siyasi dinamikasını
əks etdirən vacib proseslərdəndir. Qəbul olunan qərarların həm müxalifət, həm də Qərb tərəfindən müzakirə
edilməsinin siyasi mühiti daha da mürəkkəbləşdirdiyi
görünür. Ölkənin
maraqlarının qorunması
və inteqrasiya planları uzunmüddətli
inkişaf strategiyası
üçün əhəmiyyətli
bir müzakirədir. Bütün bunlar, Gürcüstanın bu cür qarşıdurmada, müstəqil bir oyunçu olaraq necə davranacağı sualını ortaya atır. Gürcüstanın
müstəqil bir dövlət olaraq, öz milli maraqlarını
qoruması və qərarlarını öz
xalqının iradəsinə
uyğun şəkildə
verməsi vacibdir. Bu səbəbdən, Gürcüstanın daxili
siyasi dinamikasını
qoruyub saxlaması və xarici təzyiqlərə qarşı
müstəqil bir siyasət yürütməsi
əhəmiyyətlidir.
“Nəticə etibarilə, hazırda Gürcüstandakı siyasi mühit, bir dövlət olaraq müstəqilliyi və milli maraqları qorumaq istiqamətində xarici təsirlərə qarşı necə bir yanaşma sərgiləyəcəyini müəyyənləşdirir. Hazırkı siyasi mühit ölkənin gələcək siyasi kursunu formalaşdıracaq. Beləliklə, Gürcüstanın qarşısında duran əsas çağırış suverenliyi qorumaq və demokratik prinsiplər çərçivəsində münasib siyasi mühiti formalaşdırmaqdır”, - deyə Nəsibə Mirzəyeva əlavə edib.
Azərbaycan.-2024.- 26 oktyabr (¹ 236).- S.7.