Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı
Qubadlı şəhərinin
işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən,
Zəngəzur mahalının
ən qədim yaşayış məskənlərindən
olan Qubadlı rayonunun işğaldan azad olunması tarixi Zəfərimizi qaçılmaz etdi. Vətən müharibəsinin
ən əhəmiyyətli
və strateji hərbi uğurlarından
bir də məhz Qubadlının azad edilməsidir. Doğrudur, işğal altında olmuş hər bir qarış
torpağımızın azad
edilməsi bizim üçün vacib, əhəmiyyətli idi.
1992-1993-cü illərdə ard-arda itirdiyimiz o ərazilərimizi qarışbaqarış,
kəndbəkənd azad
etdik. O torpaqlar bizim şəhidlərin, yaralılarımızın qanları
ilə yoğrulub. Ona görə də bütün kənd, qəsəbə,
rayon və şəhərlərimizin azad
edilməsi bizim üçün ölçüyəgəlməz
əhəmiyyətə malikdir.
Təbii ki, strateji hədəfə çatmaq üçün
hərbi əməliyyatlar
hazırlanarkən onun
əhəmiyyəti, vacibliyi
götür-qoy edilir.
Bu mənada böyük Zəfərə
nail olmaq üçün Qubadlı
şəhərinin azad
olunması əməliyyatı
qaçılmaz idi və bu əməliyyat
Ordu rəhbərliyindən
böyük peşəkarlıq,
savad, döyüşçülərimizdən
isə cəsarət,
güc tələb edirdi. Qubadlı əməliyyatının uğuru
hərbi savad, peşəkarlıq, cəsarət
və milli vətənpərvərlik ruhunun
vəhdətindən doğdu.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.
O bildirib ki, Qubadlının 1993-cü il
avqustun 31-də Ermənistan
tərəfindən işğal
olunması tariximizin ən acı səhifələrindən biridir:
“Qubadlının işğalı
Ermənistana növbəti
hədəflərinə daha
asan çatmaq üçün nə qədər vacib idisə, Azərbaycana da bütün Qarabağa hakim olmaq, nəzarət etmək üçün Qubadlı əməliyyatı
əhəmiyyətli idi.
Ermənilər Qubadlıya
həm Ermənistandan,
həm də Laçın, Şuşa
istiqamətlərindən hücum
etdilər. İşğal
etdikdən sonra rayonda daşı daş üstə qoymamışdılar. Barbarlıq
və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmışdı,
kommunikasiya xətləri
məhv edilmişdi, daşına bilən hər şey satılmışdı. Ermənistan
yalnız Xanlıq kəndində qəsəbə
salaraq xaricdəki erməniləri aldadaraq orada məskunlaşdırmışdı
ki, bu da
Cenevrə Konvensiyasının
kobud şəkildə
pozulması deməkdir.
Ermənilər Qubadlıda
törətdikləri vəhşiliklərə
görə də beynəlxalq hüquq qarşısında məsuliyyət
daşıyırlar”.
T.Mirkişilinin sözlərinə
görə, 2020-ci il oktyabrın 25-də Azərbaycan
Ordusu Qubadlı şəhərini işğaldan
tam azad edərək Laçın
və Şuşaya yolu açdı. Prezident İlham Əliyev noyabrın 10-da gecə xalqa müraciət edərək,
Vətən müharibəsinin
Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdığına
dair şad xəbər verdi. Xalqımız bu xəbəri sevinc göz yaşları ilə qarşıladı.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı
Sərəncama əsasən,
25 oktyabr Qubadlı Şəhəri Günü
kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da "Qubadlının
azad olunmasına görə" medalı təsis edilib.
“Şərqi Zəngəzur
iqtisadi rayonunun təbii sərvətlərlə
ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə
zəngindir. Rayonun Hacılı kəndində
mişar daşı, Bərgüşad çayının
sol sahilində yəşəm, Əliquluuşağı,
Qundanlı, Muradxanlı
və Başarat kəndlərində mərmərləşmiş
əhəng daşı,
Mollabürhan kəndinin
cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin
rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi
təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla
məşğul olunurdu.
Əminliklə deyə
bilərəm ki, biz yenidən Qubadlını Azərbaycanın
iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevirəcəyik. 2020-ci il
dekabrın 23-də Prezident
İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması
mühüm tarixi hadisə oldu. İşğaldan azad ediləndən sonra Ali Baş Komandan
İlham Əliyev 4 dəfə Qubadlıya səfər edib. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma
mərasimləri ilə
yadda qalır. Bu gün Qubadlı
rayonunda böyük quruculuq-bərpa işləri
həyata keçirilir.
Qubadlının gələcək
inkişafı ilə
bağlı praktiki işlər aparılır.
Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının
2050-ci ilə qədərki
inkişaf dinamikasını
nəzərə alır.
Növbəti 20 il ərzində şəhər
ərazisinin əhali sayının 14 min nəfərə çatdırılması
nəzərdə tutulur.
Rayonda ekoloji kənd təsərrüfatı,
balıqçılıq, sənətkarlıq,
aqroturizm və digər sahələrin inkişafı üçün
imkanlar mövcuddur”, -
deyə deputat vurğulayıb.
O əlavə edib ki, Qubadlının Baş planında rayonun təbiəti, tarixi, memarlıq üslubu, o cümlədən 2050-ci ilə qədər inkişaf dinamikası nəzərə alınacaq: “İnanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcək”.
Azərbaycan.-2024.-
26 oktyabr (¹ 236).- S.8.