Sahil Mühafizəsinin bölmələri su sərhədlərimizin etibarlı keşikçiləridir

 

 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mediatur keçirildi. Jurnalistləri DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə qarşıladı. O, mətbuat nümayəndələrinə mediaturun gündəliyi onun keçirilməsinin məqsədi barədə ətraflı məlumat verdi. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin salamlarını media nümayəndələrinə çatdırdı.

Mediaturun proqramına uyğun olaraq əvvəlcə ölkəmizin müstəqilliyi ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərin xatirəsinə hərbi hissədə düzəldilmiş abidə ziyarət edildi. Jurnalistlərə məlumat verildi ki, 44 günlük Vətən müharibəsində Sahil Mühafizəsinin 204 hərbi qulluqçusu iştirak edib. Onlardan 1 nəfər hərbi qulluqçu - Sultan İbrahimov şəhid olub. 8 hərbi qulluqçu yaralanıb, 3 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yüksəkrütbəli zabitləri media nümayəndələri abidənin önünə tər qərənfillər düzdülər. Şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Ziyarətdən sonra tədbir "dəyirmi masa" arxasında davam etdi. Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aftandil Abbasov mediaturun Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin tapşırığı əsasında keçirildiyini bildirdi. Qeyd edildi ki, mediaturu keçirməkdə əsas məqsəd DSX-nin Sahil Mühafizəsinin xidməti döyüş fəaliyyətinin, həmçinin dövlət sərhədinin mühafizəsi zamanı Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bərabər, maddi-texniki baza ilə yaxından tanış olmaq, xidmətin digər komandanlıqlarında olduğu kimi, sahil mühafizəsinin uğurlu nailiyyətlərini media nümayənədlərinin diqqətinə çatdırmaqdır.

 

 

 

Dövlətimizin su sərhədləri etibarlı qorunur

 

 

 

DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin yaranmasından, fəaliyyətindən əldə olunmuş uğurlardan söz açdı. Bildirdi ki, Sahil Mühafizəsinin yaradılmasında əsas məqsəd dövlətimizin su sərhədlərinin daha etibarlı qorunmasıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xəzər dənizində mühafizə sisteminin daha da təkmilləşdirilməsinə gücləndirilməsinə göstərdiyi ali diqqət qayğı nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gəmiləri digər döyüş texnikaları daim döyüş sıralarında olmaqla, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində istənilən çağırışlara çevik reaksiya göstərmək imkanlarına malikdir. Dövlət müstəqilliyimizi əldə etdikdən sonra Xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli inkişafı dəniz sərhədlərimizin etibarlı mühafizəsi məsələsini ortaya çıxarmışdır. Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə 1992-ci il oktyabrın 6-da Rusiya Federasiyası Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq əlahiddə sərhəd-gözətçi gəmiləri briqadası milli sərhədçilərimizin ixtiyarına verilmişdir. Lakin gəmilər, silah-sursat, avtomobil digər texnikalar ölkəmizdən çıxarılaraq Rusiya Federasiyasının Həştərxan şəhərinə aparılmışdı. Azərbaycanda isə yalnız xidmətə yarasız olan iki gəmi qalmışdı. Dəniz sərhədlərimizin mühafizəsinin inkişafına doğru əsaslı dönüş məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaranmışdı. Ümummilli Liderin mllli sərhəd startegiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət qayğısı sayəsində xidməti fəaliyyətimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçımızın 18 fevral 2005-ci il tarixli sərəncamı ilə sərhəd-gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təşkil edilmişdir. Bununla da Xəzərdə milli maraqlarımızın yüksək səviyyədə qorunması dəniz sərhədlərimizin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranmışdır.

General-leytenant Müzəffər Pirizadə daha sonra bildirdi ki, bu günə qədər Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 8 dəfə səfər edib, sərhədçilərlə görüşüb.

 

 

 

Mühafizəni gücləndirmək məqsədilə radarların sayı artırılıb

 

 

 

Jurnalistlərə Sahil Mühafizəsinin yaranmasından, fəaliyyətindən xidmətdə qazanılan uğurlardan həbs edən video-çarx təqdim olundu bildirildi ki, bu süjetlər ictimaiyyətə ilk dəfədir göstərilir.

Sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin baş komanda idarəetmə mərkəzinə baxış keçirildi. Burada jurnalistlərə Xəzər dənizinin müxtəlif sahələrində radarların quraşdırılması ərazilərin etibarlı şəkildə mühafizə olunması barədə ətraflı məlumat verildi. Deyilənlər əyani şəkildə geniş ekranda media işçilərinə göstərildi. Quraşdırılmış radarlardan ən müasir avadanlıqlardan aydın göründü ki, su sərhədlərimiz Sahil Mühafizəsinin şəxsi heyəti tərəfindən etibarlı şəkildə qorunur. Media nümayəndələrinin bu mövzuda suallarını cavablandıran general-leytenant M.Pirizadə bildirdi: "Əvvəllər bu radarların sayı az idi. Amma zaman keçdikcə bunların sayını artırdıq. İndi ümumilikdə 18 radar fəaliyyət göstərir. Quraşdırılmış radarlardan gələn görüntülər, alınan məlumatlar baş komanda idarəetmə mərkəzinə ötürülür. Dənizdə icazəsiz hərəkət edən vasitələr müəyyən edildikdə onlar barədə toplanan məlumatlar aidiyyatı quruma göndərilir müvafiq tədbirlər görülür".

General-leytenant jurnalistlərin suallarını cavablandırarkən 2024-cü ildə əldə olunan nailiyyətlərdən söz acdı. Bildirdi ki, bu il bizim üçün uğurlu olub. Sentyabr ayında ümumi dəyəri 700 min manata qədər olan 306 minə yaxın tütün məhsulu saxlanılıb aidiyyəti üzrə təhvil verilib. İl ərzində dövlət sərhədini pozmağa cəhd göstərən 28 nəfər saxlanılıb. Ölkəmizin ərazisinə 556 kiloqram 370 qram narkotik vasitənin keçirilməsinə 8 dəfə cəhd olunub hər dəfə qarşısı qətiyyətlə alınıb.

Media nümayəndələri Sahil Mühafizəsi Muzeyini ziyarət etdilər. Burada nümayiş olanan müxtəlif silahlar, matrosların geyimləri, hidrokostyum, DSX-nin əməkdaşlarının təltifləri başqa eksponatlar haqqında kapitan-leytenant Ağabala Əsədov jurnalistlərə ətraflı məlumat verdi. Muzeydə media nümayəndələrinin diqqətini daha çox çəkən ən qədim eksponat 1800-cü illərdə gəmilərdə quraşdırılmış sekstant adlı qurğu oldu. Bələdçi bildirdi ki, həmin illərdə indiki naviqasiya sistemləri olmadığından bu qurğu vasitəsilə gəminin yerini aşkar edirlərmiş.

Media nümayəndələri Sahil Mühafizəsinin təlim-tədris mərkəzində keçirilən dərsləri yaxından izlədilər.

Jurnalistlər Sahil Mühafizəsindəki İdeoloji Mərkəzə maraqla baxdılar. İdeoloji Mərkəzdə Ulu Öndər Heydər Əliyev Prezident İlham Əliyevin həyat fəaliyyətini işıqlandıran foto kitablar nümayiş etdirilirdi.

Sahil Mühafizəsi hərbi hissəsi ilə qısa tanışlıqdan sonra media nümayəndələrinə Xəzər dənizində müvafiq əməliyyatları yaxından izləmək imkanı da yaradıldı. Jurnalistlər üç hərbi gəmidə yerləşdirildi. Çox keçmədi ki, gəmilər bir-birinin ardınca sahildən uzaqlaşdı. Sərhədçilər hərbi gəmilərlə manevrlər edərək müxtəlif şərti tapşırıqları yerinə yetirməli idilər. Sahil Mühafizəsinin nümayəndəsi I dərəcəli kapitan Pərviz Məmmədov bildirdi ki, sərhədçilərimiz çox bacarıqlıdırlar. Onlar istənilən an üzərlərinə düşən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdirlər. Sərhədçilər belə bacarıqlara, zəruri vərdişlərə sistemli şəkildə keçirilən təlimlərdə yiyələniblər. İnanırıq ki, onların peşəkarlığı media nümayəndələrinin diqqətindən yayınmayacaq.

 

 

 

Tapşırıqlar yüksək bacarıqla yerinə yetirildi

 

 

 

Hərbi gəmilər sahildən xeyli uzaqlaşıb Xəzərin içərilərinə doğru üzməyə başladılar. Onlar gah yanaşı, gah da bir-birinin ardınca irəliyirdilər. İrəli getdikcə dəniz dərinləşir, suyun rəngi qaralırdı. Sərhədçilər şərti olaraq tabesizlik göstərən gəminin zərərsizləşdirilməsi tapşırığını yerinə yetirirdilər. Əvvəlcə sərhədi pozan gəmiyə müxtəlif siqnallar vasitəsilə xəbərdarlıq olundu, hərbi gəmilər onu dövrəyə aldı. Sonra cəld hərəkətlərlə hərbi gəmidəki motorlu qayıqlar xüsusi qurğu ilə suya endirildi. Sərhədçilər bir göz qırpımında onun mühərrikini işə salıb tabe olmayan gəmiyə tərəf istiqamət götürdülər. Qısa müddət ərzində sərhədi pozan, verilən əmrə tabe olmayan gəmi peşəkarcasına zərərsizləşdirildi. Gəmidən endirilən qayıqlar yerinə qaytarıldı. Media nümayəndələri bu prosesi böyük maraqla izlədilər. Sərhədçilərin tapşırıqları yerinə yetirərkən elədikləri cəld çevik hərəkətlər diqqətlərdən fotoaparatların "gözü"ndən yayınmadı.

Gəmilər "Şahdəniz", "Heydər Əliyev" "İstiqlal" qaz yataqlarının yaxınlığından üzüb keçdi. Media nümayəndələri yataqları yaxından müşahidə etdilər.  Öyrəndik ki, bu yataqlar Sahil Mühafizəsinin hərbi gəmiləri tərəfindən etibarlı şəkildə qorunur.

 Mediaturda iştirak edən jurnalistlər dalğalar qoynunda keçən bir neçə saat ərzində sərhəd mühafizəçilərinin bacarıqlarının, peşəkarlıqlarının şahidi oldular. Həqiqətən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri su sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Sərhədçilərimiz üzərilərinə düşən dövlətəhəmiyyətli tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün ən müasir avadanlıqlarla, zəruri texniki vasitələrlə, müxtəlif atıcı silahları olan hərbi gəmilərlə təchiz olunublar.

Qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirildikdən sonra hərbi gəmilər geriyə, sahilə tərəf üzməyə basladı. Media nümayəndələri gəmilərin göyərtilərində dayanıb ətrafdakı gözəl mənzərəni seyr edirdilər. Bir-birinin ardınca üzən gəmilər suyun üzündə sanki köpüklərdən iz qoyur, cığır salırdı. Amma çox keçmirdi ki, dağlalar bu izləri yuyub aparırdı. Gəmilərin yanı ilə Sahil Mühafizəsinin hərbi katerləri bir xətt boyunca eyni ara məsafəsi gözləyə-gözləyə sürətlə üzüb keçirdi. Bu gözəl qürurverici mənzərə daha çox hərbi katerlərin paradına bənzəyirdi. Sərhədçilər öz bacarıqlarını, peşəkarlıqlarını media nümayəndələrinə, onların vasitəsilə bütün dünyaya nümayiş etdirirdilər.

Qaranlıq düşməyə az qalmış hərbi gəmilər sahilə yan aldı. Media nümayəndələri bir daha gördülər ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzərin ölkəmizə aid hissəsində dövlət sərhədinin mühafizəsi kimi müqəddəs bir işi çox böyük uğur qürurla həyata keçirir. İnanırıq ki, Sahil Mühafizəsinin şəxsi heyəti arsenalında olan bütün texniki vasitələrdən, silahlardan bacarıqla istifadə edərək, xidmətlərində qazandıqları uğurları ilə xalqımızı daim sevindirəcək. Hərbçilərimiz həmişə olduğu kimi, bundan sonra da dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə Sahil Mühafizəsinin tarixinə yeni səhifələr yazacaqlar.

 

 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.9.