"COP29: Dayanıqlı Şəhərsalma Ekoloji Çağırışlar" forumu uğurla yekunlaşıb

 

 

Azərbaycan Memarlıq İnşaat Universitetində (AzMİU) keçirilən "COP29: Dayanıqlı Şəhərsalma Ekoloji Çağırışlar" forumu beş gün davam edərək uğurla yekunlaşıb.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin dəstəyi AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşan forum "Yaşıl dünya naminə həmrəylik ili" COP29 çərçivəsində həyata keçirilib.

Forum ölkəmizin evsahibliyi edəcəyi  COP29 tədbirinə töhfə vermək, tələbələr arasında ekoloji şüuru yüksəltmək istiqamətində mühüm addım olub.

Forumun ilk günü açılış mərasimi üç əsas panel müzakirələrlə yadda qalıb. Panel müzakirələr "Müasir şəhərsalmada dayanıqlılıq amilləri", "Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi" "Su ehtiyatlarından istifadə ekoloji dayanıqlılıq problemləri" mövzuları ətrafında olub. 500-dən çox iştirakçının qatıldığı bu müzakirələrdə dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri ekoloji davamlılıq mövzuları sahə mütəxəssislərinin çıxışları ilə geniş müzakirə olunub.

Bununla yanaşı, "İkinci həyat - dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maket sərgisi ilk günün diqqətçəkən tədbirlərindən olub.

Növbəti günlərdə isə tələbələrin iştirakı ilə müxtəlif ekoloji tədbirlər keçirilib. Su təsərrüfatı mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkil etdiyi "BrainStorming" yarışında 110-dan çox tələbə bir araya gələrək ekoloji problemlərin həlli üçün innovativ ideyalar təqdim edib. Onlar, eyni zamanda ekoloji mövzuda biliklərini nümayiş etdiriblər.

TGT-nin nəzdində CreArt Klub tərəfindən tələbələr üçün  iki vörkşop da təşkil olunub. Vörkşoplarda 150-dən çox tələbə iştirak edib, onlar tullantılardan maketlər hazırlayıb, dibçəklər üzərində rəsmlər çəkərək ekoloji problemlərə nəzər yetiriblər.

Forumun önəmli hissələrindən biri isə Xəzər sahillərində təşkil olunan təmizlik aksiyası olub. 100-dən çox tələbə bu aksiyaya qatılaraq sahillərin tullantılardan təmizlənməsinə öz töhfələrini veriblər. Bundan əlavə, 120-dən çox tələbə Bakının xüsusi seçilmiş ərazisində genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib.  Aksiyalar təbiəti qorumaq, ekoloji davamlılığı təşviq etməkdə mühüm rol oynayıb.

Forumun yekununda universitetin həyətində 150 nəfərin iştirakı ilə fləşmob təşkil edilib.

Forum AzMİU tələbələrinin ekoloji problemlərin həllinə verdikləri töhfələri, "yaşıl dünya" naminə həmrəyliyin gücünü bir neçə həftə sonra gerçəkləşəcək COP29 konfransına dəstəklərini nümayiş etdirmək məqsədini daşıyıb.

AzMİU tələbələrinin COP29 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində göstərdikləri fəallıq, ekoloji problemlərin həllinə gənclərin mühüm töhfəsini ortaya qoyur, o cümlədən onların ətraf mühitə olan məsuliyyətlərini gücləndirir.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.10.