Cenevrədə
COP29 zamanı keçiriləcək
Yaşıl Rəqəmsal
Fəaliyyət təşəbbüsü
ilə bağlı brifinq təşkil olunub
Bir sıra xarici ölkələrin Cenevrədə akkreditə
olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri
və diplomatları üçün brifinq təşkil olunub.
Bu barədə
AZƏRTAC-a Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyindən bildirilib.
Brifinq Beynəlxalq
Telekommunikasiya İttifaqı
(BTİ), Azərbaycan Respublikasının
Cenevrə şəhərində
BMT bölməsi və
digər beynəlxalq təşkilatlar yanında
Daimi Nümayəndəliyi
və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
(RİNN) tərəfindən COP29 zamanı keçiriləcək
Yaşıl Rəqəmsal
Fəaliyyət təşəbbüsü
ilə bağlı keçirilib.
Brifinqə Cenevrədə
fəaliyyət göstərən
30-a yaxın diplomatik missiyadan nümayəndə
qatılıb. Tədbir
zamanı BTİ Baş
katibinin müavini Tomas Lamanauskas, ölkəmizin Cenevrədəki
daimi nümayəndəsi
Qalib İsrafilov,
RİNN-in Aparat rəhbərinin müavini
Bəxtiyar Məmmədov
və Xarici İşlər Nazirliyinin
İqtisadi əməkdaşlıq
idarəsinin rəisi Elmar Məmmədov çıxış edərək
adıçəkilən təşəbbüsün
əhəmiyyəti barədə
brifinq iştirakçılarını
məlumatlandırıblar. Tədbirdə, həmçinin
təşəbbüs və
bu çərçivədə
keçiriləcək yüksək
səviyyəli tədbirə
hazırlıq prosesinin
gedişatı, planlaşdırılan
işlər və qarşıda duran məsələ və prioritetlərə dair təqdimat olub.
Brifinq zamanı
iqlim fəaliyyəti və davamlılığın
artırılması naminə
rəqəmsallaşmanın transformativ potensialından
istifadə etmək üçün birgə səylərin vacibliyi vurğulanıb. Bildirilib ki, COP29 çərçivəsində
tarixdə ilk dəfə olaraq noyabrın 16-da Rəqəmsallaşma
Günü keçiriləcək.
Bu, öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal
texnologiyaların əvəzolunmaz
roluna dair müzakirələrə əlavə
təkan verəcək
və bu istiqamətdə birgə fəaliyyəti təşviq
edəcək. Həmin
gün Yaşıl Rəqəmsal Fəaliyyət
üzrə yüksək
səviyyəli dəyirmi
masa keçiriləcək
və yekun sənəd olaraq Yaşıl Rəqəmsal
Fəaliyyət üzrə
Bəyannamə qəbul
olunacaq. Bəyannamə
sürətli rəqəmsallaşmanın
ətraf mühitə
mənfi təsirlərini
yumşaltmaqla yanaşı,
iqlimlə bağlı
fəaliyyətin və
davamlılığın artırılması
üzrə əməkdaşlıq
üçün çərçivə
rolunu oynayacaq.
Sonda brifinqə qatılan diplomatlar bu mühüm təşəbbüsü dəstəkləməyə, yüksək səviyyəli tədbirə və bəyannaməyə qoşulmağa dəvət olunublar.
Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.10.