Norveç muzeyində lerikli rəssamın əsərləri nümayiş olunur

 

 

Səlim Abbaszadə dağlar diyarı Lerikin Soru kəndində dünyaya göz açıb. O, gözəl rəsm əsərləri çəkir. Bu fitri istedad onda uşaq yaşlarında yaranıb.

Gənc rəssam çəkdiyi əsərləri ilə balaca dağ kəndini dünyanın çox yerində   tanıtdırıb. Atıq onun işlərinin sorağı Norveç muzeyindən gəlir. "Xarıbülbül" rəsmi dünyanın 185 ölkəsindən uşaqların əl işləri ilə birlikdə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyinin (The International Museum Of Children's Art's) daimi sərgi salonunda nümayiş olunur. Səlimin "Tıq-tıq xanım" rəsmi isə muzeyin arxivində saxlanacaq. Onu da bildirək ki, S.Abbaszadə rəsmləri həmin muzeydə sərgilənən ilk azərbaycanlı gənc rəssamdır.

Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru Anqela Qoldin  lerikli rəssamın rəsmlərindəki rəngarəngliyin təbiət mənzərələrinin obrazlı təsvirinin "soyuq şimal"a  istilik, sülh, gözəllik birlik bəxş etdiyini bildirib. Muzeyin direktoru həmçinin gələcəkdə Səlim Abbaszadə ilə əməkdaşlıq edəcəyini  deyib.

 

 

Zəfər ORUCOĞLU,

Lerik rayon sakini

Azərbaycan.-2024.- 26 oktyabr (№ 236).- S.11.