İslam
maarifçiliyinə daha
bir töhfə
Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması dini təhsilin keyfiyyətini yüksəldəcək
Tarixən Azərbaycan
müxtəlif dillərə,
millətlərə, dinlərə
məxsus insanların qarşılıqlı
anlaşma, mehribanlıq
şəraitində birgə
yaşadığı ünvan
olub. Əhalisinin əksəriyyəti müsəlman
olan ölkəmiz hazırda da dünyada multikulturalizmin, tolerantlığın unikal
məkanı kimi tanınır. Dövlətimiz tərəfindən
islamla yanaşı, bütün dinlərə
məxsus abidələr
də qorunur.
Ulu Öndər
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik
etdiyi dövrdən etibarən ölkəmizdə
dövlət-din münasibətləri
yeni müstəviyə
qədəm qoyub. Hər zaman azərbaycanlı, müsəlman
olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyev xüsusi vurğulayırdı
ki, müasirlik və dini-mənəvi dəyərlər bir-biri ilə sıx bağlanmalıdır və
bu dəyərlərdən
biz müasir həyatımızın daha
da genişlənməsi
və inkişafı üçün istifadə
etməliyik.
Ulu Öndər
siyasətinin layiqli davamçısı Prezident
İlham Əliyev xalqımızın milli dəyərlərinə böyük
diqqət və qayğı göstərir,
inkişafı üçün
mühüm sərəncamlar
verir. Dövlətimiz
tərəfindən mütəmadi
olaraq ölkəmizdəki
məscidlərin, kilsələrin,
sinaqoqların və digər ibadət evlərinin təmir-bərpa
işləri həyata
keçirilərək insanların
istifadəsinə verilir.
O cümlədən işğaldan
azad edilən ərazilərdə məscidlər,
alban irsinə məxsus kilsələr uğurla bərpa edilir.
Xüsusi vurğulayaq
ki, ötən illərdə Prezident
İlham Əliyevin din sahəsində apardığı mütərəqqi
siyasət sayəsində
Azərbaycanda mövhumatdan,
xurafatdan uzaq tədris sistemi də qurulub.
Xatırladaq ki,
2018-ci ildə Prezidentin
sərəncamı ilə
yüksək dini, dünyəvi biliklərə,
intellektual səviyyəyə
malik din xadimlərinin, mütəxəssislərin
yetişdirilməsi üçün
Azərbaycan İlahiyyat
İnstitutu (Aİİ) yaradılıb.
2023-cü ildə Nazirlər
Kabinetinin müvafiq qərarı ilə
Aİİ yanında Bakı
İlahiyyat Kollecinin
(BİK) yaradılması da
dövlətimizin islam
maarifçiliyinə xüsusi
diqqətinin təzahürüdür.
Bu kollecdə həm dünyəvi, həm də dini fənlər tədris olunacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı dini təhsil verəcək yeni kollecin yaradılmasının
məqsədlərinə aydınlıq
gətirərək söyləyib
ki, Azərbaycanda dövlət ali təhsil müəssisəsi
olsa da, orta ixtisas dini
təhsili müəssisəsi
fəaliyyət göstərmirdi
deyə, dini təhsil ancaq ali təhsil pilləsində mövcud idi. Artıq Azərbaycanda dini təhsilin həm orta ixtisas, həm
də ali təhsil pilləsi dövlət müəssisəsi
tərəfindən həyata
keçiriləcək.
Mübariz Qurbanlının
sözlərinə görə,
bəzi vəzifələr
var ki, onların
daşıyıcılarının dini orta ixtisas
təhsili alması yetərlidir: "Məsələn,
dini ayinlərin icraçısı, müəzzin
kimi vəzifələri
tutmaq üçün
dini orta ixtisas təhsilin olması kifayətdir. Deməli, Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə
müəzzin, dini ayinlərin icraçıları
olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə,
təbii ki, ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət
edəcək".
Bakı İlahiyyat
Kollecində həm dünyəvi, həm də dini fənlərin
tədris olunacağını
bildirən komitə sədri vurğulayıb ki, burada hər
hansısa məzhəbə
əsaslanan dini təhsil verilməyəcək.
"Təcrübə onu göstərir ki, ölkəmizdən kənarda dini təhsil alan şəxslərin böyük
bir qismi məhz xaricdəki dini qrupların təsir dairəsinə düşüb. Təbii ki, bu fikri
xaricdə dini təhsil almış hər kəsə aid etmək olmaz" deyən Mübariz Qurbanlı onu da bildirib
ki, əsas məqsədlərdən biri
Azərbaycanda dini təhsilin bütün pillələrini yaratmaq və onun keyfiyyətini
qaldırmaqdır. Eyni
zamanda dini təhsilin bütün pillələrini ödənişsiz
həyata keçirməkdir.
Din sahəsində
daha savadlı kadrlar hazırlanacaq
Azərbaycan İlahiyyat
İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Azərbaycan" qəzetinə
açıqlamasında söylədi
ki, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il sərəncamı ilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan
İlahiyyat İnstitutu
yaradılmışdır. İnstitutun yaradılmasında
məqsəd Azərbaycan
xalqının tarixi ənənələrinə söykənən
və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi
mühitin qorunub-saxlanılmasını
və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili
sahəsində yüksəkixtisaslı
kadrların hazırlanmasını
təmin etməkdən
ibarətdir.
Aqil Şirinov qeyd etdi ki,
Aİİ yanında Bakı
İlahiyyat Kollecinin yaradılması isə Azərbaycan dövlətinin
keyfiyyətli dini təhsilə verdiyi əhəmiyyətin göstəricisidir. Kollec ilk növbədə
Aİİ üçün baza olacaq: "Öz ölkəmizdə dini təhsil almaq üçün hər şərait mövcuddur. İnstitutda ali dini təhsil
elmi əsaslarla həyata keçirilir. Kollecin yaranması ilə bu tədris
orta ixtisas səviyyəsində həyata
keçiriləcək, tədrisdə
ardıcıllıq təmin
olunacaqdır. Kolleci bitirənlər dünyəvi
fənlərlə yanaşı,
dini biliklərə də yiyələnəcəklər
və bunun
Aİİ-yə dini elmlər sahəsində daha savadlı abituriyentlərin qəbuluna
gətirib çıxaracağını
düşünürəm".
Rektor söylədi
ki, gələcəkdə
kollecdə təhsil alanların qida və yataqxana ehtiyaclarının qarşılanması
nəzərdə tutulur.
Bu da dini
sahədə təhsil
almaq istəyənlərin
başqa ölkələrə
yönəlməsinin qarşısını
alacaqdır. Kollecdə
verilən təhsil institut təhsili ilə tamamlanacaq, bununla da ölkəmiz
üçün dini sahədə daha savadlı kadrların hazırlanması təmin
ediləcəkdir. Kolleci
bitirənlər məscidlərdə
də çalışa
biləcəklər.
Bakı İlahiyyat
Kollecinə qəbulun
Dövlət İmtahan
Mərkəzi (DİM) tərəfindən
həyata keçiriləcəyi
barədə məlumat
verən Aqil Şirinov kollecə qəbulun hansı formada təşkil olunacağının isə
DİM tərəfindən müəyyənləşdiriləcəyini bildirdi. Eyni zamanda Aİİ-yə kollecdən qəbulun forması da adıçəkilən qurum
tərəfindən elan
olunacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 20 dekabr
(№278).- S.6.