"İstənilən
cavabı verməyə
hazırıq"
İlham Əliyev Ermənistana və havadarlarına xəbərdarlıq etdi
Prezident İlham
Əliyevin VII çağırış
Milli Məclisin ilk iclasındakı çıxışı xalqa
verilən uğur hesabatı olmaqla yanaşı, həm də Azərbaycanın gələcək prioritetlərini
özündə ehtiva
edən yol xəritəsi idi. Dövlət başçısının
görülən işlər
və ölkə qarşısında duran vəzifələr haqqında
proqram xarakterli çıxışı həm
də tarixin ən qüdrətli Azərbaycanının əyani
təsviri idi.
Hərbi gücümüzün
artırılması prioritetdir
Dövlət başçısı
mühüm məsələlərə
toxundu, gələcək
vəzifələr və
hədəflərdən söz
açdı, mühüm
mesajlar verdi. Prezidentin ilk olaraq hərbi gücün artırılması
ilə bağlı söz açması isə təsadüfi deyildi. Çünki Vətən müharibəsində,
antiterror tədbirlərində
də məhz hərbi gücümüz
vasitəsilə işğalçını
cəzalandırmışıq, torpaqlarımızı işğaldan
və separatizmdən xilas etmişik.
Müharibə bitsə
də, Ermənistanda revanşizm meyilləri bitməyib. Rəsmi İrəvan sülhlə
bağlı ara-sıra
açıqlamalar versə
də, sülh prosesində səmimi olmadığı gün kimi ortadadır. Əgər səmimi olsaydı, fəaliyyətini
dayandırmış Minsk
qrupunun hüquqi ləğvi üçün
təşəbbüslər göstərərdi. Lakin görünən odur ki, Ermənistan gələcəkdə revanşizm
niyyətlərini gerçəkləşdirmək
üçün zəmin
yaratmağa çalışır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim
bütün təkidlərimizə
rəğmən, Minsk
qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi
güdə bilər ki, yenidən ölkəmizə qarşı
ərazi iddiaları baş qaldırsın.
Ermənistanın sürətlə
silahlanması da revanşizm niyyətlərindən
irəli gəlir. Son zamanlar Fransadan
və Hindistandan silah və hərbi
texnikanın alınması
da bu məkrə
xidmət edir. Təbii ki, belə bir şəraitdə
Azərbaycan dövləti
hərbi gücünün
daha da artırılmasını
prioritet vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
birnömrəli vəzifə
hərbi gücümüzün
artırılmasıdır: "Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı
arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının
yaradılması və
ətrafımızda gərginliyin
artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə
daim diqqət göstərməyə vadar
edir".
Silahlı Qüvvələrimiz
4 il əvvəlkindən
qat-qat güclüdür
Ümumiyyətlə, tarixi təcrübəmiz göstərir ki, Azərbaycan hələ Vətən müharibəsinə
qədər hərbi gücünü artırmaqla
öz milli hədəflərinə doğru
olduqca müdrik və düzgün addımlar atıb. Çünki bu gün beynəlxalq hüquq demək olar ki, işləkliyini
itirib. Prezident İlham Əliyevin çox düzgün və haqlı olaraq qeyd etdiyi kimi,
"Kim güclüdür,
o da haqlıdır"
prinsipi üstünlük
təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.
Vətən müharibəsinə
qədər Azərbaycan
beynəlxalq hüququn
prinsiplərinə söykənərək
torpaqlarını işğaldan
azad etməyə çalışsa da, Ermənistanın arxasında
duran siyasi mərkəzlər buna imkan vermədilər, beynəlxalq hüququ görməzdən gəldilər.
Halbuki Qarabağ beynəlxalq səviyyədə
Azərbaycan ərazisi
kimi tanınırdı,
üstəlik, BMT Təhlükəsizlik
Şurası Azərbaycan
ərazilərinin qeyd-şərtsiz
azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etmişdi. Lakin həmin qətnamələrin
qəbuluna səs vermiş siyasi mərkəzlərin özləri
belə onun icrasına laqeyd münasibət bəsləməklə
beynəlxalq hüququ
tapdaladılar, problemin
güc yolu ilə həllinin qeyri-mümkün olduğunu
deməklə, işğala
rəvac verdilər.
Belə bir şəraitdə Azərbaycan
dövləti torpaqlarını
güc yolu ilə azad etməsinin
mümkünlüyünü gizlətmədi və hərbi gücünü artırdı, ordusunun döyüş imkanlarını
ən müasir standartlar səviyyəsinə
yüksəltdi. Vətən
müharibəsi və
antiterror tədbirlərində
qazanılan zəfərlər
Azərbaycanın öz
hədəflərinə inamla
çata bilən dövlət olduğunu dünyaya nümayiş etdirdi.
Vətən müharibəsindən
sonra Azərbaycan öz hərbi gücünü artırıb
və Silahlı Qüvvələrimiz 4 il əvvəlkindən qat-qat
güclüdür. "İkinci
Qarabağ müharibəsindən
keçən dövr
ərzində öz hərbi gücümüzü
böyük dərəcədə
artırmışıq, yeni
silahlı birləşmələr
yaradıldı, Xüsusi
Təyinatlı Qüvvələrin
say tərkibi bir neçə dəfə artırıldı.
Yeni Xüsusi Təyinatlı Qüvvələr,
Komando qüvvələri
yaradıldı və
onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır
və gecə-gündüz
təlim işləri
aparılır. Ordumuzun
döyüş qabiliyyəti
artır, texnika ilə təchizat lazımi səviyyədə
təmin edilir və təmin ediləcəkdir", - deyə
dövlətimizin başçısı
bildirmişdir.
Prezident İlham
Əliyev həm də silahlanan Ermənistana və onun arxasında duran dövlətlərə
xəbərdarlığını etdi: "İstənilən
cavabı verməyə
hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".
Bəli, Azərbaycan
müstəqil və qətiyyətli siyasəti olan dövlətdir.
Vətən müharibəsi,
torpaqlarımızda erməni
separatçılığına son qoyulması da
bunu təsdiq edir. Həm Ermənistan, həm də onun havadarları
bilməlidirlər ki,
Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq mümkün
deyil.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
25 sentyabr (№ 209).- S.7.